Xəbərdə bildirilib ki, Daxili İşlər Nazirliyinin Kvemo Kartli (Borçalı) regional idarəsinin apardığı istintaq-axtarış tədbirləri nəticəsində cinayətkar qrup ölkənin Rustavi şəhərində saxlanılıb: “Qrupa Azərbaycanın iki vətəndaşı – 1976-cı ildə anadan olan Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz X., Gürcüstanın 3 vətəndaşı – 1988-ci ildə anadan olan Vladimir C., 1983-cü ildə anadan olan Vukar K. və 1988-ci il təvəllüdlü Roman Z. daxildir”.
Qrup üzvləri Gürcüstana qohum toyuna gələn Rusiya vətəndaşları, iş adamları Üzeyir S. və Mahir A.-nı oğurlayaraq, bir neçə gün qapalı yerdə saxlayıb, onların azadlığa buraxılmaları qarşılığında pul tələb ediblər (report.az).
arxiv.bizimxeber.az