Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN-lə bağlı daha bir məmur istintaqa çağrıldı
MTN-lə bağlı daha bir məmur istintaqa çağrıldı
25 Oktyabr 2015 / 0:54 / Baxış sayı: 1970
Font1 Font2 Font3 Font4

O, iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.

Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub. V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir. Vergi strukturlarında yeni təyinat olub.

Vergi Xidmətinin baş müşaviri Ramiz Ağayev Vergilər Nazirliyi Vergi Cinayətlərinin Analizi Baş İdarəsinin rəisi əvəzi təyin edilib. Vergi Cinayətlərinin Analizi Baş İdarəsinin rəisi Vidadi Məmmədov bu günlərdə həmin vəzifədən öz ərizəsi ilə çıxıb. O, bu vəzifəyə 2015-ci ilin sentyabrında təyin edilmişdi. Buna qədər isə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamentinin rəisi vəzifəsini tuturdu.

R.Ağayev isə əvvəllər həmin idarənin rəis müavini vəzifəsini icra edib.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə