“Prezident hazırlanmış və tətbiq edilmiş “Seçkiqabağı xaos” planı ilə qalib gəlmək istəyir. Əgər bu baş verməsə, səslərin hesablanması üçün istifadə edilən proqram təminatının qırılması yolu ilə seçkilərin saxtalaşdırılmasına cəhdlər ediləcək”,- deyə qəzet iddia edir.

Qəzet yazır ki, onsuz da ölkədə çətin olan vəziyyəti hakim partiyanın və ya müxalifətin istənilən səhvi daha da gərginləşdirə bilər. Hər hansı səhv ciddi daxili münaqişənin başlanğıcına gətirib çıxara bilər ki, bu isə AvropaYaxın Şərq arasında yerləşdirilmiş qüdrətli dövlətin zəifləməsi ilə nəticələnə bilər.

Türkiyədə son dövrdə vəziyyət o qədər gərginləşib ki, artıq terror, polis və hərbiçi qətilləri ölkənin gündəlik həyat tərzinə çevirilib. Amma Türkiyədə 2 ildən çox müddətdə nisbi sülh və sakitlik dövrü yaşanıb. Şanlıurfa vilayətinin Suruc şəhərində baş verən qanlı terror aktından sonra isə ölkə 2 il əvvəlki dövrünə qayıtdı. İyulun 20-də baş verən terror aktı kürdlərin təşkil etdiyi yığıncaq zamanı baş vermişdi. Hadisə Türkiyə Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı çəkilən yerdəki çay bağçasında “Kobaninin yenidən inşaası” mövzusunda mətbuat konfransı keçirdiyi zaman törədilmişdi.


Surucda baş verən terror aktından sonra hadisə yeri

Partlayış nəticəsində onlarla insan həyatını itirib. Hadisəni qadın paltarı geyinmiş 20 yaşlı Adıyaman sakini Ədurrəhman Alagöz əlindəki bağlamanı partladaraq törədib. Hadisədən sonra Türkiyə ordusu və polisi terrorçulara qarşı irimiqyaslı əməliyyatlara başladılar.

Oktyabrın 10-da isə Türkiyə tarixinin ən güclü terror aktı ilə silkələndi. Partlayışda 100 dən çox insan həyatını itirib. Terror aktları ölkənin əksər bölgələrində etirazlarla qarşılandı. Hər iki terror aktı kürdlərə qarşı təşkil edilib.


Ankarada baş verən terror aktından sonra hadisə yeri

Bütün bunlar isə hakim partiyanın seçki kampaniyasına ciddi təsir göstərir. Müxalif partiyalar isə Ərdoğanı ölkədə sabitlik yarada bilməməkdə günahlandırırlar.