Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qoca Səmədova qarşı milyonlarla manatlıq İTTİHAM
Qoca Səmədova qarşı milyonlarla manatlıq İTTİHAM
25 Oktyabr 2015 / 21:20 / Baxış sayı: 1170
Font1 Font2 Font3 Font4

Yevlaxın icra başçısı Qoca Səmədov bir neçə MMC ilə əlbir olaraq maliyyə fırıldaqları etməkdə suçlanır. arxiv.bizimxeber.az mia.az-a istinadən xəbər verir ki, icra başçısının xüsusi imtiyaz tanıdığı və əsasən “xidmətlər”indən yararlandığı iki şirkət və onlarla birgə həyata keçirilən maliyyə əməliyyatlarının siyahısı məlum olub.

 
Əlavə şərh və iddialara, o cümlədən bu MMC-lərin kimə məxsusluğu, nə vaxt qeydiyyata alınmaları, hansı “prinsiplər”lə işləmələrinə hələlik toxunmadan siyahını təqdim edirik:
– Yevlax şəhər İcra Hakimiyyətinin sifarişi əsasında digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Yusif-2009” MMC-yə 29200 manat;
– Yevlax şəhər İcra Hakimiyyətinə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması  məqsədiylə”Yusif-2009″ MMC-yə 18000 manat;
– Yevlax şəhər İcra Hakimiyyətindən əsaslı təmir işlərinin satın alınması məqsədiylə “Bayramoğlu” MMC-yə 42000 manat;
– Yevlax şəhər İcra Hakimiyyətindən cari təmir işlərinin satın alınması  məqsədiylə “Bayramoğlu” MMC-yə 22350 manat;
– Yevlax şəhər İcra Hakimiyyətinə idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması  məqsədiylə “Yusif-2009” MMC-yə 9000 manat;
– Yevlax şəhər İcra Hakimiyyətinə yumşaq inventarların satın alınması  məqsədiylə “Yusif-2009” MMC-yə 18850 manat;
– Yevlax şəhər İcra Hakimiyyətinə avadanlıqların satın alınması  məqsədiylə”Yusif-2009″ MMC 7875 manat;
Yevlax şəhər İcra Hakimiyyətinə inventarların satın alınması  məqsədiylə “Yusif-2009” MMC-yə 28100 manat;
– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 3950 manat;
– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 3900 manat;
– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 6800 manat;
– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 4900 manat;
– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – İnventarların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 8000 manat;
Yevlax şəhər İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 5850 manat;
– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 2100 manat;
– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – İnventarların satın alınması  məqsədiylə” Rəşad-2003″ MMC 4990 manat.
Göründüyü kimi, Qoca Səmədov ancaq və ancaq iki MMC-nin xidmətindən yararlanmaqla, büdcə pullarını idarə etməyə çalışıb. Onun buna hüququ varmı? Və yaxud bu “Tender haqqında” Qanuna uyğundurmu?
BİZİMXEBER.AZ



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə