Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Mahmudova daha bir zərbə – Şəriki və qohumu işdən qovuldu
Eldar Mahmudova daha bir zərbə – Şəriki və qohumu işdən qovuldu
26 Oktyabr 2015 / 10:26 / Baxış sayı: 2200
Font1 Font2 Font3 Font4

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı vəzifəsini itirib.

AzNews.az xəbər verir ki, vəzifə səlahiyyətlərini aşmaqda və bir çox cinayətlərdə ittiham oluna keçmiş nazirin yaxın adamı, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov tutduğu postdan azad edilib.

Məlumata görə, Ə.Talıbovla icra başçısı arasında münasibətlər həmişə kritik olub. Buna səbəb müavinin onu saymaması, öz fəaliyyətlə məşğul olması, özünü rayonun yiyəsi kimi aparması olub. E.Mahmudovla qohum olması onun bu hegemonluğun illlərdi davam etməsinə şərait yaradıb.

Qohumluq əlaqələrindən başqa biznes ortaqlığı (Talıbovun Suraxanı ərazisində Mahmudovla şərikli obyektləri, o cümlədən Hövsanda ticarət mərkəzləri var)

Lakin Mahmudov vəzifədən çıxarılandan cəmi 2 gün sonra onun bütün səlahiyyətləri əlindən alınıb.

Məlumat üçün bildirək ki, Ə.Talıbovun kapitan rütbəli oğlu Talıb Talıbov MTN-də işləyir. İstintaq zamanı onun da əməllərində xeyli qanun pozuntuları aşkarlanıb və “qara siyahıya” salınıb.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.
E.Mahmudovun işdən azad edilməsindən sonra nazirliyin 6-sı general olmaqla 13 yüksək vəzifəli əməkdaşı nazirlikdəki postundan uzaqlaşdırılıb.

Həmçinin Mahmudova yaxın başqa sahələrdə çalışan bir neçə şəxs dəvəzifəsini itirib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə