Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident: “Əsl dəhşət bundan sonra başlayır”
Prezident: “Əsl dəhşət bundan sonra başlayır”
26 Oktyabr 2015 / 11:04 / Baxış sayı: 1218
Font1 Font2 Font3 Font4

Qazaxıstan əhalisi baş verən böhrana hazır olmalıdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsindəki böhrandan danışıb. ANS PRESS-in məlumatına görə, bu barədə prezident Qazaxıstan Respublikasının baş naziriKərim Məsimovun Akord iqamətgahında qəbulu zamanı müzakirə edib.

Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata əsasən, görüşün gedişatında Kərim Məsimov ölkənin ictimai-iqtisadi inkişafı və əsas dövlət proqramlarının reallaşdırması haqqında prezidentə məlumat verib. Nursultan Nazarbayev isə diqqəti respublika iqtisadiyyatının ağır rejimdə işləməsinə yönəldib:

“Enerjidaşıyıcısıların qiymətlərin düşməsi səbəbdən büdcəyə daxil olan gəlirlərin dəyəri 40 faiz azalıb. Bundan başqa, digər ixrac olunan məhsulların da qiyməti düşüb, məsələn, qara və əlvan metalların, kömürün qiyməti həddindən artıq ucuz satılır. Buna görə də, kənd təsərrüfatında, sənaye müəssələrində, eləcə də, maşınqayırmanda da istehsal azalıb”, – deyə Qazaxıstan prezidenti bildirib.

Dövlət başçısı onu da vurğulayıb ki, bu gün dünya bazarında ümumiyyətlə vəziyyət çətindir. Bu böhran, təkcə, Qazaxıstanda deyil, Çində, ABŞ-da, Rusiyada da özünü göstərir:

“İstəyirəm ki, əhali vəziyyəti bilsin. Dünyada iqtisadiyyatın durumlarını nəzərə alsaq,AvropaŞərqi Asiya daxil olmaqla, vəziyyətin tezliklə düzələcəyini demək çətindir. Buna görə də, bir çox iş yerlərində ixtisarlar olacaq, müəssələrin gəlirləri aşağı düşəcək. 2014-cü ildə devalvasiyadan sonra ölkənin vəziyyəti pisləşməyə doğru getdi. Bu gün məktəb müəllimi aylıq 100 min təngə (400 manat) gəlirlə 6 uşaq böyüdür. Onun həyat yoldaşı sürücülük edir, amma qazandıqları pul evin gündəlik ərzaq ehtiyacını güclə ödəyir. Məktəb ləvazimatı və geyim almağa pul qalmır”, – deyə Nazarbayev əlavə edib.

Prezident onu da vurğulayıb ki, belə bir böhranla ölkə 2007-2009-cu illərdə də rastlaşmışdı. Amma indiki böhran daha dərin olacaq.

“Müəssisələr gözləməməlidirlər ki, dövlət onları lazımı vasitələrlə təmin edəcək. Bu olmayacaq! Milli Fonddan yeni obyektlərin tikintisinə pulun və pis işləyən müəssisələrə subsidiyanın verilməsinə qadağan edirəm”, – deyə ölkə başçısı baş nazirə tapşırıq verib.

İki il əvvəl 100 min təngə təxminən 650 dollar dəyərində idi. 2014-cü il devalvasiyasından sonra 180 təngə 1 dollara düşdü. Bu da ölkə iqtisadiyyatına zərbə vurdu.

Qazaxıstanda iqtisadiyyat neftdən asılıdır. Neftin qiymətinin düşməsi isə ölkəyə ikinci zərbədir. Bir tərəfdən də Qazaxıstanın ən böyük ticarət tərəfdaşı Rusiya rublunun dəyərini itirməsi də ölkə iqtisadiyyatında itkilər yaradır.

Əslində, bu ölkə üçün gözlənilən haldır. Qazaxıstanda əksəriyyət böhran vəziyyətinə hazırdır, dövlət məmurlarının iqtisadi vəziyyətlə bağlı çıxışlarını izləyir. Prezident deyir ki, “əsl dəhşətlər indən sonra başlayır”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə