Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qonşular bir-birinin qanını tökdü
Qonşular bir-birinin qanını tökdü
26 Oktyabr 2015 / 11:15 / Baxış sayı: 894
Font1 Font2 Font3 Font4

Qaxda qonşular arasında baş verən kütləvi dava yaşlı qadının xəsarət alması ilə nəticələnib.

“Report”un məlumatına görə, hadisə rayonun Baydarlı kəndində baş verib. Belə ki, kənd sakini 52 yaşlı Kifayət Əhməd qızı Bəbəşova qonşuları tərəfindən döyülüb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan sayta bildirilib ki, K.Bəbəşova baş nahiyəsindən və bədinin müxtəlif yerlərindən aldığı çoxsaylı xəsarətlə Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, qonşular arasında mübahisə kəndin yollarına tökülən çınqıl üstündə baş verib və sonda K.Bəbəşovanın döyülməsi ilə nəticələnib. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə