Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə İŞİD-lə qanlı toqquşma
Türkiyədə İŞİD-lə qanlı toqquşma
26 Oktyabr 2015 / 12:12 / Baxış sayı: 930
Font1 Font2 Font3 Font4

İŞİD-çilərin qaldığı evə polis basqını zamanı öldürülən terrorçuların sayının 7 olduğu açıqlanıb. 3 nəfər İŞİD üzvü isə sağ ələ keçirilib.

Xəbər verdiyimiz kimi, Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonunda İŞİD üzvlərinin cəmləşdiyi evə polis əməliyyat keçirib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, polis əməliyyata sübh çağlarında start verib və evin ətrafı zirehli texnika ilə əhatəyə alınıb. Buna baxmayaraq, terrorçular polisin müdaxiləsinə sürətlə reaksiya veriblər və atəş açmağa başlayıblar.

Silahlı toqquşma nəticəsində 2 polis şəhid olub, daha 2 polis əməkdaşı yaralanıb. Evdə olan 7 İŞİD üzvündən isə 4-ü öldürülüb. 3 nəfəri sağ ələ keçirilib.

*   *   *10:08

Türkiyənin Diyarbəkir əyalətində antiterror əməliyyatı keçirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD-in 4 silahlısı öldürülüb. Terrorçularla atışma zamanı iki polis həlak olub, ikisi yaralanıb.

Məlumata görə, əməliyyat əyalətin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində İŞİD-in təlim keçdiyi hücrə evində keçirilib.

Bölgədə əməliyyat davam etdirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə