Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Mahmudov üzə çıxdı
Eldar Mahmudov üzə çıxdı
26 Oktyabr 2015 / 14:20 / Baxış sayı: 436
Font1 Font2 Font3 Font4

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad ediləndən bəri ilk dəfə ötən bazar günü üzə çıxıb və  qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin anasının yasında iştirak edib.

Bu barədə virtualaz.org saytına məlumat verən mötəbər mənbə bildirib ki, Eldar Mahmudov mərhumun dəfn mərasimində də iştirak edib və bütün yas mərasimi boyu qudası C.Hacıyevin yanında dayanıb. Ancaq heç kimlə ünsiyyətdə olmayıb. Sabiq nazir fikirli və pərt görünüb. Mərasimdə yüksək vəzifəli məmurların iştirak etmədiyi bildirilir. Eldar Mahmudov vəzifədən qəfil azad olunandan sonra onun barəsində müxtəlif məlumatlar yayılmaqda idi. Bəzi mənbələr onun qeyri-rəsmi ev dustaqlığında olduğunu iddia edirdi.

Məlumatlara görə, Eldar Mahmudov hazırda Badamdardakı dəbdəbəli şəxsi iqamətgahında yaşayır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə