Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR-dan “nurçu” açıqlaması
SOCAR-dan “nurçu” açıqlaması
26 Oktyabr 2015 / 19:06 / Baxış sayı: 300
Font1 Font2 Font3 Font4

Dövlət Neft Şirkəti (ARDNŞ) “SOCAR Turkey Energy”nin adının “nurçuluq”da hallanmasına münasibət bildirib. Qaynar.info xəbər verir ki, şirkətin mətbuat xidməti bu iddiaların əsassız olduğunu bildirib: 

“SOCAR bütün ölkələrdə olduğu kimi, Türkiyədə də ölkənin qanunlarına uyğun fəaliyyət göstərir və həmin xəbərlər həqiqəti əks etdirmir. SOCAR-ın rəhbərliyində təmsil olunan şəxslərin heç biri hər hansı dini cərəyana mənsub deyil. Bu, Türkiyə daxili ziddiyyətlərin, hakimiyyətə gəlmək istəyənlər, siyasi partiyalar arasında mübarizənin təzahürüdür. Bunun SOCAR-ın Türkiyədəki fəaliyyətinə, investisiya layihələrinə heç bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzetinin yazarı Ferhat Ünlü ARDNŞ-nin törəmə şirkəti olan “SOCAR Turkey Energy”nin içərisində xeyli vəzifəli işçilərin Fətullah Gülənlə əlaqəli olduğunu yazıb. Həmin yazıda törəmə şirkətin bir sıra rəhbər işçilərinin “nurçular” təriqətinin üzvləri olduqları bildirilib:

Haldun Yavaş – Xəzər Strateji Araşdırmalar mərkəzinin rəhbəri
Fatih Yiğit – “SOCAR Turkey Energy”nin baş hüquq müşaviri, Fətullah Gülənin şəxsi həkiminin kürəkəni
Vaqif Əliyev – ARDNŞ-nin Türkiyədə sahib olduğu “Petkim” şirkətinin direktorlar Şurasının rəhbəri
Ömer Adsız – “Socar Turkey Energy”nin ictimaiyyətlə əlaqələr direktoru
Samir Kərimli – “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə