Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tarif Şurasının apteklərdə yaratdığı XAOS – FOTOLAR
Tarif Şurasının apteklərdə yaratdığı XAOS – FOTOLAR
26 Oktyabr 2015 / 19:15 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4

Tarif  Şurasının qərar ilə ölkədə dərmanların qiymətinin tənzimlənməsinə başlanıldıqdan sonra kəskin ucuzlaşan bir çox dərman preparatlarını apteklərdə tapmaq mümkün deyil. Əhali lazım olan dərmanları tapa bilmək üçün az qala paytaxtdakı bütün aptekləri gəzməli olur.

Doğrudur, həqiqətən də siyahıda olan dərmanların qiymətlərində kifayət qədər ucuzlaşma olub. Ancaq qiyməti endirilən dərmanlardan bəziləri demək olar ki, yoxa çıxıb. 

Bu barədə vətəndaşlardan musavat.com-a şikayət daxil olub. Ən çox şəkərli diabet xəstələri şəkər əlehinə olan dərmanların apteklərdə tapılmamasından şikayətlənirlər. Musavat.com-un əməkdaşı bu problemlə bağlı apteklərə baş çəkib və vəziyyətin necə olması ilə maraqlanıb.

“Avromed” şirkətinin nəzdində fəaliyyət göstərən bir aptekdə çalışan əczaçı dərmanların bəzilərinin apteklərə verilməməsini təsdiqləyib. Satış mütəxəssisi Həqiqət Əsgərova deyir ki, şəkərli diabet xəstələri üçün olan dərmanların qiymətində hər hansı bir endirim olmayıb və dərmanlar apteklərdə var: “Bu tip dərmanların qiymətlərində endirim olmasa da, şəkərli diabet xəstələri dərmanları tapmaqda çətinlik çəkmirlər. Əvvəlki qaydada satışımızı davam etdirik. Tarif Şurasının hazırladığı siyahıya uyğun olaraq qiymətləri təklif edirik. Şəkərli diabet xəstələri üçün nəzərdə tutlan dərmanlar – “Diabition”, “Siafon”, “Amaril”, “Lukafash” firma tərəfindən əvvəlki qayadada göndərilir və bu tipli dərmanlarda heç bir qıtlıq yoxdur. Qiymətlərinə gəlincə, bu tipli dərmanların adları Tarif Şurasının hazırladığı siyahıda yoxdur və dərmanların qiyməti bir o qədər də baha deyil. Misal üçün “Siafon” 4 manat 30 qəpikdir, “Amaril” 9 manat 90 qəpik, “Diabition” 7 manat 30 qəpikdir”.

Satış mütəxəssisi dərman qıtlığı ilə bağlı yaranan ajiotajın səbəbini belə izah edir: “Elə müştəri var ki, aldıqları dərmanların tərkibindən və xüsusiyyətindən xəbəri yoxdur. Həkimin yazdığı reseptlə gəlir və yazılan dərmanları istəyir. Lakin elə həkimlər var ki, yeni gələn dərmanlardan xəbəri yoxdur. Misal üçün “Dopple Gerz A+sink” adlı dərman çoxdandır ki, gəlmir. “Omeqa 3, 6, 9″ balıq yağı dərmanı isə eyni tərkiblidir. Yəni əvəzedici kimi istifadə oluna bilər. Bu dərman əsasən şəkər xəstələrində göz ağrılarına qarşıdır və bədənin müqavimətini artırır. Bu dərmanlar vitamin kimi istifadə olunur. Əslində həkimlər resept yazarkən bunu nəzərə almalıdır. Bu səbəbdən də, əhali arasında dərman qıtlığı xəbəri yayılır”.

Apteklərdə olarkən müştərilərlə də həmsöhbət olduq. Rəhimə adlı alıcı dərmanların qiymətlərinin apteklərdə müxtəlif məbləğlərlə təklif olunduğunu bildirdi: “Şəkər xəstələri üçün nəzərdə tutlmuş “Dopple Gerz” dərmanını fərqli qiymətlərə alırıq. Şəhərdə 7 manata, bir qədər kənarda  isə 6 manatadır. Bu dərmanı neçə gündür ki, axtarıram. Lakin hələ də tapa bilməmişəm. Aptekdən bildirdilər ki, bu dərmalar yaxınlarda olacaq və qiymətlərində də endirim nəzərdə tutulur”.

Başqa bir aptekdə isə satıcı dərmanların qiymətində olan fərqləri icarə haqlarının həddindən çox baha olması ilə əlaqələndirdi: “Bir çox apteklərdə qiymətlər çox bahadır. Əsasən şəhərin mərkəzində olan apteklərdə qiymət artımı müşahidə olunur. “Neftçilər” metrostansiyası  ətrafında olan apteklərlə, məsələn, mərkəzi küçələrdəkiləri müqayisə etsək, dərmanların qiymətində 1-3 manat civarında qiymət fərqini görəcəyik. Buradan belə nəticəyə gəlmək olar ki, “Neftçilər” metrostansiyası ətrafında apteklər 1000 manat icarə haqqı verirsə, şəhərin mərkəzində icarə haqqı 3000 manatdır. Bu isə təbii ki, birbaşa dərmanların qiymətinə təsir edir və əhali arasında da ajiotaja səbəb olur”.

arxiv.bizimxeber.az

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə