Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Report” informasiya agentliyinin bir yaşı tamam olur – VİDEO
“Report” informasiya agentliyinin bir yaşı tamam olur – VİDEO
27 Oktyabr 2015 / 9:28 / Baxış sayı: 818
Font1 Font2 Font3 Font4

Bu gün “Report” informasiya agentliyinin (İA) fəaliyyətə başlamasından bir il ötür.

Report” İA ötən bir il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri oxuculara operativ şəkildə çatdıraraq geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan saytının www.report.az saytı ötən dövr ərzində digər mətbuat orqanları üçün özünü etibarlı xəbər mənbəyi kimi təsdiq edib.

Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziyalar, radiolar, qəzetlər, xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dilində olan versiyaları vasitəsilə Azərbaycanla bağlı xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

Ötən bir illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb. Ən mühüm hadisələrdən biri kimi Bakıda keçirilən və bütün Avropanın idman hadisəsinə çevrilən Bakı-2015 I Avropa oyunlarını qeyd etmək olar.

“Report” Agentliyi Bakı-2015 ilk Avropa Oyunlarına həsr edilmiş məlumatların yayım sayına və keyfiyyətinə görə ölkənin ən qabaqcıl informasiya resurslarından biri olub. Belə ki, Oyunlar keçirilən dövr ərzində www.report.az 2172 xəbər yayıb.Bunlardan 1003-ü Azərbaycan, 631-i rus, 538-i ingilis dillərində olan xəbərlərdir.“Report” oxucularının Avropa Oyunları zamanı agentliyin saytı vasitəsilə yarışları canlı izləmək, həmçinin yarışların ən maraqlı anlarından fotosessiyalarla tanış olmaq imkanı olub.

“Report” 2014-cü il dekabr ayının 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini yüksək səviyyədə işıqlandırıb, hazırda isə V çağırış Milli Məclisə seçkilərlə bağlı ən son xəbərləri çatdırır.

“Report” əməkdaşlarının fəaliyyəti ötən dövrdə dövlət səviyyəsində yüksək qiymətə layiq görülüb. Belə ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə “Tərəqqi” medalı ilə təltif olunub.

Həmçinin, daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən “Report” İA-nın fotomüxbiri Orxan Əzimovu qəbul edib və ona nazirliyin “Fəxri fərmanı”nı təqdim edib.

“Report” informasiya agentliyi gündəlik bülletenlər vasitəsi ilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. “Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 140-150, rus dilində 80-90, ingilis dilində 40-50 xəbər istehsal edir.

151



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə