Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ucar sakini İlham Əliyevdən kömək istədi – Ciddi faktlar ortada…
Ucar sakini İlham Əliyevdən kömək istədi – Ciddi faktlar ortada…
27 Oktyabr 2015 / 10:29 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az-ın elektron ünvanına Ucar rayonu M.Əliyev küçəsi ev 3 sakini Ələkbərov Zakir Xəlil oğlu tərəfindən  olduqca maraqlı və araşdırlıması vacib olan ciddi fakt daxi olub. Vətəndaş məktub vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edərək baş verənlərin araşdırlmasını xahiş edir…

Məktubla qeyd olunan fatları redaktə etmədən dərc edirik… 

Mətbuat vasitəsi ilə  Prezidentə müraciət edirəm.

Cənab İlham Əliyev

Bir nəfər sabiq məmurun  saxtakarlıqla dövlətə vurduğu küllü miqdarda zərərin üstünün ört-basdır edilməsi barədə sizə məlumat verirəm. Xahiş edirəm bu qanunsuzluq, saxtakarlıq faktını özünüz nəzarətinizlə araşdırıb saxtakarlar barədə qanunu tədbirlər görəsiniz.

Qonşum Ucar rayonu M.Əliyev küçəsi ev 5 də yaşayan əvvəllər məhkum olunmuş “Ucar Yeyinti Məhsulları Kombinatının” sabiq direktoru Ələkbərov Şahlar Xəlil oğlu tam sağlam ola-ola saxta həkim rəyi ilə özü və həyat yoldaşı İsrayılova İradə Əvəz qızı 2-ci qrup əlillik dərəcəsi təyin edilib və hər ay buna görə təqaüd alırlar. Bu fakt barədə məlumatlı olan Dövlət Tibbi-sosial ekspertiza və reablitasiya xidmətinin rəisi İlqar Qurbanov heç bir tədbir görmür.

 

Baxmayyaraq ki, bu barədə çoxlu sayda şikayətlər etmişəm. Bir daha qeyd edirəm Şahlar Ələkbərov və həyat yoldaşı İradə İsrayılova Bakı şəhərində müasir tibbi aparatlar vasitəsi ilə həkim müayinəsindən keçsələr onlarda həmin xəstəliyin olmadığı və tam sağlam olduqları aşkar ediləcək. İlqar Qurbanov öz mənafeyinə görə bu saxtakarlığın üstünü ört basdır edir.

Sabiq direktor Şahlar Ələkbərovun iki oğlu 1984-cü il tarixdə anadan olmuş Seymur və 1978-ci il tarixdə anadan olmuş Samir tam sağlam olsalarda onlar hərbi xidmət keçməyiblər ki, guya xəstədilər.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimova yazdığım şikayət ərizələrimə cavab verib bildirirlər ki, onlar həkim rəyi ilə xəstə olduqları üçün hərbi xidmətə keçməyə aparılmayıblar.

Mən isə yazıb bildirirəm ki, Şahlar Ələkbərovun iki oğlanlarını müasir tibbi aparatlardan müayinədən keçirsəniz onlarda həmin xəstəliklərin mövcud olmadığı aşkar olunacaq.

Müharibə şəaraitində olan ölkədə rüşvət alıb saxta xəstəlik rəyi verən saxtakar həkimlər vətənlərini də satarlar ki, onların bu əməlləri cinayətdir.

Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətindən mənə cavab yazıb qeyd edirlər ki, siz onların doğum tarixini və daimi qeydiyyatda olduqları ünvanları yazın.

Mən dəfələrlə  Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimova yazmışam ki, Seymur 1984-cü ildə Samir 1978-ci il tarixdə anadan olublar və Ucar rayonu M.Əliyev küçəsi ev 5-də daimi qeydiyatdadırlar. Ancaq buna baxmayaraq bu sağlam şəxsləri təkrar müayinə edib tədbir görən yoxdur.

Çünki onların  Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində işləyən  yaxın qohumları bu saxtakarlığın üstünü ört-basdır edir. Bir daha bildirirəm ki, sabiq direktor Şahlar Ələkbərovun iki oğlanlarını Bakı şəhərində  müasir tibbi aparatlardan müayinədən keçirilsələr  onlarda həmin xəstəliklərin mövcud olmadığı, tam sağlam və hərbi xidmətə tam yararlı oduqları aşkar ediləcək.

Müharibə şəraitində olan Ölkənin sağlam vətəndaşları hərbi xidmətə göndərilməlidirlər və saxta xəstəlik rəyi verib sağlam insanları  hərbi xidmətdən yayındırmış vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
Şahlar Ələkbərovun yaşadığı Ucar şəhəri  M.Əliyev küçəsi ev 5-in qanunu ərazisi 432 kv.m  olsada hazırda 731 kv.m hasara alınmış həyatyanı ərazinin 299 kv.m  ərazi onun tərəfindən zəbt edilib ki, bunu təsdiq edən sənədlər var. Həmin zəbt edilmiş dövlətə aid torpaq sahəsinin üzərində hamam, çardaq və anbar inşa etdirmişdir ki, bunada Əmlak Məsələlkəri Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsinin müdiri İlqar Kərimov və  Mübariz adlı əməkdaşı şərait yaradıb üstünü ört-basdır ediblər. Mənim isə halal qanunu torpaq sahəmi həmin vəzifəli şəxslər əlimdən almaq istəyirlər ki, başqa şəxslərə belə saxtakarlıq yolu ilə satsınlar. Hansı ki, Əmlak Məsələlkəri Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsinin müdiri İlqar Kərimovun sabiq direktor Şahlar Ələkbərovun 299 kv.m zəbt etdiyi torpaq sahəsini hasara alıb üzərində tikinti işləri aparmasında marağı var deyə ona gözün üstə-qaşın var deyə bilmir. Bu saxtakarlıq. cinayət faktının yerində araşdırılmasına zərurət var.

” Ucar Yeyinti Məhsulları Kombinatının” sabiq direktoru Şahlar Ələkbərov kimdir ki, bu boyda açıq aşkar qanunsuzluqlar edir, saxta əlillik dərəcələri, saxta hərbi xidmətdən yayınmağa dair saxta həkim sənədi və saxtakarlıqla dövlət torpağını zəbt edib tikinti işləri aparır. Şahlar Ələkbərovun  ali təhsili yoxdur, heç latın əlifbası ilə yazmağı da bacarmadığı halda onu kombinata direktor qoymuşdular. Orada baş vermiş mənimsəməyə görə onu tutduğu vəzifədən uzaqlaşdırdılar. O 2012-ci il tarixdə həbs edilərək məhkum olunub. Hansı ki, başqa günahsız şəxsi öz maraqlarına görə şərləyib həbs etdirmək istəyirdi ki, özü həbs edilib məhkum olundu. Nə vaxta qədər bu şəxs saxtakarlıq edəcək ? Nə vaxta qədər onun saxtakarlığına göz yumulacaq ?

Hər üç məmur Dövlət Tibbi-sosial ekspertiza və reablitasiya xidmətinin rəisi İlqar Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimova və  Əmlak Məsələlkəri Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsinin müdiri İlqar Kərimov mənə başdan sovdu cavab məktubları göndərib qanunsuzluq faktlarının üstünü ört-basdır etməklə məni yox Preziden cənab İlham Əliyevi aldadırlar.

Çünki sabiq direktor Şahlar Ələkbərov saxtakarlıq yolu ilə əldə etdiyi imtiyazlara görə dövlətə zərər vurur. Bu dövlətin başçısı isə cənab İlham Əliyevdir.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm …

Bu ciddi qnunsuzluq faktını araşdırıb təsirli tədbirlər görəsiniz. Mən bu barədə Sizə şikayət ərizəsi də göndərmişəm. Xahiş edirəm kömək edin”.

Ucar rayonu M.Əliyev küçəsi ev 3 sakini Ələkbərov Zakir Xəlil oğlu

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə