Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adı gizli saxlanılan 666 narkoman arasında kimlər var?
Adı gizli saxlanılan 666 narkoman arasında kimlər var?
27 Oktyabr 2015 / 11:33 / Baxış sayı: 2082
Font1 Font2 Font3 Font4

Hazırda Azərbaycanda 28 655 nəfər narkoman kimi qeydiyyatdadır. Onlardan 23042 dispanser, 5614-2 isə profilaktik qeydiyyata alınıb. Bu barədə virtualaz.org saytının sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, hazırda  666 narkoman anonim müalicə alır.

Narkomanlar arasında qadınların sayı az deyil. Hazırda 554 narkoman qadın qeydiyyatdadır. Onlardan 399-u dispanser, 155 nəfəri isə profilaktik qeydiyyata götürülüb. Taksomanların sayına gəldikdə isə ölkədə 152 toksiman var.

Qeyd edək ki, bu ilin 9 ayında 189 narkotik istifadəçisi aşkarlanıb və qeydiyyata götürülüb.

Ümumilikdə isə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə 24925 nəfər müayinə edilib. Onlardan 554 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub. 1016 nəfəri “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 933-ü “opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə müalicə alıb.

Nazirlikdən qeyd ediblər ki, narkomanlar arasında 15-64 yaşlılar üstünlük təşkil edir.

Rəsmi statistikaya əsasən, ötən il 28656 narkoman qeydiyyatda olub. Onlardan 5-ü 15-17 yaş, 1403-ü 18-24 yaş, 3999-u isə 25-29 yaşlıdır.

Ülviyyə



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə