Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur”
“SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur”
27 Oktyabr 2015 / 11:40 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4
Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Monteneqroda bank və ya istirahət mərkəzi şəklində heç bir aktivi yoxdur.  “Report” xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər ürə vitse-prezidenti Süleyman Qasımov bildirib: “SOCAR-ın Monteneqroda nə bankı, nə də istirahət mərkəzi var”.

S.Qasımov qeyd edib ki, şirkət bu ölkənin Kumbor adasındakı hərbi bazanı istirahət mərkəzinə çevirmək layihəsində iştirakçı olub. Onun sözlərinə görə, indi isə həmin layihə Azərbaycan tərəfinə ötürülür.

Qeyd edək ki, SOCAR 2012-ci ildə Monteneqronun Kumbor ərazisindəki “Orijen Battalion” hərbi bazasını istirahət mərkəzinə çevirməsi üçün icarəyə götürüb. Turizm-kurort kompleksinin dəyəri 281,2 mln. dollar həcmində qiymətləndirilir. Layihəni “Azmont Investments” şirkəti reallaşdırır. Bu yaxınlarda isə SOCAR-ın Monteneqroda bank açmağı planlaşdırdığı barədə məlumatlar yayılmışdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə