Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Etibar Əliyev “Bank Technique”ya qayıtdı
Etibar Əliyev “Bank Technique”ya qayıtdı
27 Oktyabr 2015 / 15:28 / Baxış sayı: 758
Font1 Font2 Font3 Font4

 “Bank Technique” ASC-nin rebrendiqdən əvvəl Müşahidə Şurasının sədri olan Etibar Əliyev yenidən bankın rəhbərliyinə qayıdıb. Bu barədə “APA-Economics”ə E. Əliyev özü məlumat verib.

E. Əliyev qeyd edib ki, Müşahidə Şurasının sədri qismində vəzifəsinin icrasına bu gündən başlayıb. Sədr qeyd edib ki, Müşahidə Şurası və İdarə Heyəti onun rəhbərliyi altında yenidən formalaşdırılacaq. Bununla yanaşı, E. Əliyev bildirib ki, səhmdarların tərkibinin dəyişəcəyi də qaçılmazdır.

Xatırladaq ki, E. Əliyev banka rəhbərlik etdiyi dönəmdə maliyyə təşkilatının adı “Texnikabank” olub. 2012-ci ilin mart ayında E. Əliyev bankdan kənarlaşdırılıb. Bundan sonra bankda rebrendinq aparılıb və “Bank Technique” kimi fəaliyyət göstərməyə başlayıb.

Qeyd edək ki, E. Əliyevin “Bank Technique” ASC-nin Müşahidə Şurasının sədri təyin olunması ilə bağlı xəbəri ilk olaraq “Qafqazinfo” xəbər saytı dərc edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə