Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ meteoroloqlarından Məkkə XƏBƏRDARLIĞI
ABŞ meteoroloqlarından Məkkə XƏBƏRDARLIĞI
27 Oktyabr 2015 / 17:08 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4

ABŞ meteoroloqları 60 il sonra insanların Yaxın Şərqdəki yaşayış şərtlərini proqnozlaşdırıblar.

Alimlər deyib ki, Fars körfəzi sahillərində olan ərazilərdə insanların yaşaması mümkünsüz olan yerlərdə kondisionerli binalar təchiz edilmədən yaşamaq mümkün olmayacaq. Bu ərazilərin də  əksəriyyəti Məkkənin payına düşür.

Alimlərin fikrincə,  qlobal istiləşmə zamanı temperatur və rütubət hazırki səviyyəsindən o qədər yüksəlir ki, bu kondisionerli binaların olmadığı yerlərdə gəzmək bir neçə saat içində insan sağlığına zərər yetirə bilər.

Məlumdur ki, kəskin istilər sonrası insan tərləyərək bədənindəki su buxarlanır. Ancaq kəskin qlobal istilər zamanı rütubət elə həddə çatacaq ki, bu, mümkün olmayacaq.

Alimlərin iddialarına görə, 2071-2100-cü illər arasında Fars körfəzi ətrafındakı bəzi regionlarda, xüsusilə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İranda orta temperatur 35 dərəcəyə çatacaq.

Təhlükəli zonaların siyahısına Dubay, Doka və Əbu-Dabi də daxildir. Elə indi bu bölgələrdə müşahidə edilən temperatur təhlükəli dərəcəyə yaxındır. Belə ki, Fars körfəzi ətrafındakı İran və İraq regionlarında hazırda gündüz 50, gecələr 30 dərəcə istilik müşahidə edilir. Bu istilərdən dolayı yaş temperatur isə normalda 34.6 selsiyə çatır.

İnsan bədəni isə tərləmə vasitəsilə yalnız 35 selsidən artıq olmayan rütubət temperaturuna dözüm göstərə bilir. Uzun müddət isti açıq havada gəzmək isə Hipertermiya və ən pis halda ölümlə nəticələnə bilər.

Onu da qeyd edək ki, hər il 2 milyondan çox insan Məkkəni ziyarət edir. Günün əksər saatını açıq havada keçirirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə