Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saxla” əmrinə tabe olmayan “VAZ 2107” yol polisini vurdu
Saxla” əmrinə tabe olmayan “VAZ 2107” yol polisini vurdu
28 Oktyabr 2015 / 9:37 / Baxış sayı: 536
Font1 Font2 Font3 Font4

Ötən gecə paytaxtda polisin “Saxla” əmrinə tabe olmayan sürücü, avtomobili ilə yol polisini vurub. APA-nın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı 23 yaşlı Azad Babaşzadə xidməti vəzifəsini yerinə yetirən zaman “VAZ 2107” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verib.

Əmrə tabe olmayan sürücü avtomobili yol polis əməkdaşının üstünə sürüb. Polis əməkdaşını avtomobili ilə vuran sürücü hadisə yerindən qaçıb. Xəsarətlər alan Azad Babaşzadə xəstəxanaya yol patrul avtomobili ilə gətirilib. Müayinə zamanı həkimlər onda çoxsaylı xəsarətlər müəyyən ediblər.

Həkim  İlham Qəmbərovun APA-ya verdiyi məlumata görə, xəstə ikinci dərəcəli travmatik diaqnozu ilə qəbul edilib: “Müvafiq yoxlamalardan keçib. Hal-hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti stabildir”.

Polisdən verilən məlumata görə, hadisə yerindən qaçan “VAZ 2107”  markalı avtomobilin yeri və sürücüsü müəyyən edilib. Sürücü saxlanılıb avtomobili isə, cərimə meydançasına aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə