Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ İranı Suriya ilə bağlı beynəlxalq danışıqlara dəvət etdi
ABŞ İranı Suriya ilə bağlı beynəlxalq danışıqlara dəvət etdi
28 Oktyabr 2015 / 11:05 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4

“Düşünürəm ki, razılaşmanın əldə edilməsi üçün potensial mövcuddur”.

Çərşənbə axşamı ABŞ rəsmiləri İranın ilk dəfə Suriya böhranının siyasi nizamlanmasının perspektivlərinə həsr edilmiş beynəlxalq konfransa dəvət aldığını bildiriblər. Görüş Vyanada keçiriləcək.

Oxu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu öz Yaxın Şərq tərəfdaşları ilə İranın Suriya böhranının nizamlanmasında iştirakına razılaşmayan, İranın məqsədinin Bəşər Əsədin mövqeyinin möhkəmləndirilməsini hesab edən Ağ Evin mövqeyinin dəyişməsini göstərir.

Eyni zamanda, Barak Obama administrasiyasının nümayəndələri, ABŞ-ın daha Əsədin hakimiyyətdən təcili uzaqlaşdırılmasına inad etmədiklərini bildiriblər.

“Koalisiya üzrə bizim və tərəfdaşlarımızın görüşləri Suriya hökumətini, rusiyalıların və iranlıların görüşlərindən kəskin şəkildə fərqlənir, amma mən düşünürəm ki, Suriyada siyasi dəyişikliklər üçün potensial mövcuddur, bu dəyişikliklər Əsədin hakimiyyətdə olduğu dövrdə başlaya bilər. Amma bu dəyişikliklərin sonunda o, orada olmayacaq”,- prezident Obamanın milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bəyan edib

“The Wall Street Journal” qəzetinin yazdığı kimi, Vaşinqtonun bu qərarı “keçən ay Əsədi dəstəkləmək məqsədi ilə keçirilən müştərək hərbi əməliyyatların nəticəsində artan Rusiya və İranın nüfuzunu” əks etdirir.

İranın dəvəti qəbul edib-etməyəcəyi hələ məlum deyil, belə ki, ölkənin ali lideri Ayətulla Xameneyi İran rəsmi simalarına Birləşmiş Ştatlar ilə İranın nüvə proqramının taleyi istisna olmaqla başqa məsələlər barədə danışmağı qadağan edib.

Oktyabrın 29-da Vyanada keçiriləcək görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya, BƏƏ-nin XİN rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Görüşdə Suriyadakı böhranın siyasi nizamlanmasının müzakirəsi gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə