Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsavatın seçki imtinasına YAP-dan CAVAB
Müsavatın seçki imtinasına YAP-dan CAVAB
28 Oktyabr 2015 / 18:03 / Baxış sayı: 520
Font1 Font2 Font3 Font4

Müsavat Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirakını dayandırması addımını atmaqla özünün zəifliyini büruzə verdi.  Bunu AzNews.az-a açıqlamasında YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Müsavatın parlament seçkilərindən imtina etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavat bu qərarı ilə artıq zəifləyən, nüfuzunu itirən, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevrildiyini bir daha göstərdi: “İstənilən siyasi partiyanın birinci vəzifəsi seçkilərdə iştirak etməkdir. Parlament seçkisindən imtina edən və könüllü sürətdə geri çəkilən siyasi partiya sosial dayaqlarının olmadığını, cəmiyyətin maraqlarını qorumaq fikrinə düşmədiyini bir daha büruzə verdi. Xüsusən də, Müsavat Partiyası çoxdan özünün radikal baxışları ilə cəmiyyətdə nüfuzdan düşmüşdü. Müsavat parlament seçkilərinə qatılmağına baxmayaraq, ötən 2 həftə ərzində hər hansı təbliğat kampaniyası da keçirmirdi.

Demək olar ki, kampaniya çərçivəsində nə görüşlər, nə plakatlar, nə də hər hansı çağırışların heç biri yox idi. Bu qərar bir daha sübut elədi ki, Müsavat nüfuzunu itirən, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevirilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə