Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Texnika bank”da yeni rəhbər xəbəri yalan çıxdı
“Texnika bank”da yeni rəhbər xəbəri yalan çıxdı
28 Oktyabr 2015 / 19:04 / Baxış sayı: 946
Font1 Font2 Font3 Font4

Banka yeni rəhbər gətirildiyi iddia edilsə də maliyə qurumu məsələdən xəbərsizdir. “Eldar Cəfərovun “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilməsi həqiqəti əks etdirmir”  Bunu açıqlamasında Molbulak Bank olmayan Maliyyə Təşkilatının admnistrativ işlər üzrə meneceri Emin Yusifov deyib. Onun sözlərinə görə, E.Cəfərov hazırda öz otağındadır və gündəlik işləri ilə məşğul olur: “Bu, məlumatlar yalandır”.

Məsələ ilə bağlı “Bank Technique” də açıqlama verib. Bankdan sözügedən xəbər təkzib edilib və bildirilib ki, Eldar Cəfərovun “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilməsi ilə bağlı məlumat yoxdur. 

Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrindən (KİV) Eldar Cəfərovun “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilməsi ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumatlarda hətta onun artıq vəzifələrinin icrasına başladığı da bildirilirdi.

Xatırladaq ki, ötən gün “”Bank Technique”nin Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev öz əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən bankın Müşahidə Şurasının sədri təyin edilib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, E.Əliyev bu gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedərək öz rəhbər postuna əyləşib.

Onun vəzifələrini icra edən Rövşən İsmayılov isə oktyabr ayının 17-də işdən çıxarılması ilə bağlı ərizə yazıb və ərizə qəbul edildiyi üçün elə həmin gün işdən azad edilib. E.Əliyev uzun müddət adıçəkilən bankın Müşahidə Şurasına rəhbərlik edib və 2012-ci ilin mart ayında bu vəzifədən azad edilib. Elə həmin il də E.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunub. Onunla birgə bankın digər bir neçə vəzifəli şəxsi də tutulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə