Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlk qadın prezident seçildi
İlk qadın prezident seçildi
29 Oktyabr 2015 / 9:47 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4

Bhandari həm də Nepalın 2-ci prezidentidir. Nepalda keçirilən prezident seçkisi Kommunist Partiyasının lideri Bidhya Devi Bhandarininqələbəsi ilə nəticələnib. Parlamentdə baş tutmuş seçkidə qadın lider 214 əleyhinə, 327 lehinə səs toplayaraq ölkənin prezidenti olub. 

Bidhya Devi Bhandari ölkənin keçmiş kommunist lideri Madan Bhandarinin həyat yoldaşı olub. 1993-cü ildə kommunist liderin yol nəqliyyat qəzasında ölümü ilə xanım Bhandari siyasətə girməyə qərar verib.

Bidhya Devi Bhandari 1961-ci ildə anadan olub. Siyasətlə tələbəlik illərindən maraqlansa da əktiv siyasi həyatı ərinin dünyasını dəyişməsindən sonra başlayıb.

Bhandari həm də Nepalın 2-ci prezidentidir. Bu ölkədə monarxiya rejimi 2008-ci ildə ləğv olunub və ölkəyə Federativ Demokratik Nepal Respublikası adı verilib.

Bidhya Devi Bhandari bu ölkədə qadın hüquqları sahəsində apardığı uzun müddətli mübarizəsi səbəbindən Nepalda qadın hərəkatının simvolu kimi qəbul olunur.

Nepal bu il aprelin 25-də baş vermiş 7.8 ballıq zəlzələ ilə dünyanın gündəminə gəlmişdi. Təbii fəlakət zamanı 7 mindən çox insan ölmüş, 14 mindən çox insan isə xəsarət almışdı. Həmin fəlakət zamanı Nepala humanitar yardım göndərən ölkələr sırasına Azərbaycan da qoşulmuş, prezident İlham Əliyev ölkənin o zamankı prezidenti Ram Baran Yadavaya başsağlığı vermişdi.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə