Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Körpə tək qolla doğuldu
Körpə tək qolla doğuldu
29 Oktyabr 2015 / 9:50 / Baxış sayı: 1014
Font1 Font2 Font3 Font4

Azərbaycanda qeyri-adi doğum hadisəsi baş verib. 

Körpəsini dünyaya gətirmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Günel Əliyevanın uşağı tək qollu doğulub.  Körpənin nənəsi Rahilə Alıyeva doğulan uşağın bir qolunun dirsəkdən aşağı olmadığını deyib. 

Bu, gənc – Araz və Günel Əliyev ailəsinin ikinci övladıdır. İlk uşaqda isə buna bənzər halla rastlaşmayıblar. Qaranlıq qalan bir məqam həm də iki qohum ailənin digər üzvlərində, eləcə də yaşlı nəsillərində də indiyəcən bu cür xəstəliyə rast gəlinməməsidir. 

Qolunun birinin anadangəlmə olmamasına baxmayaraq, həkimlər körpənin ümumi vəziyyətini qənaətbəxş hesab edir. Elə ana da normaldır. Sadəcə baş verənlərin ağrısını yaşayır.

Bu cür xəstəliyin necə rast gəlinməsi isə nadir hal kimi qiymətləndirilir. Həkimlərin fikrincə, yeni doğulan uşaqlarda bu cür fiziki qüsurlar bir neçə amillərdən yarana bilər ki, onların da bəzisi irsi xəstlik və ya ananın antibiotik qəbul etməsi ilə bağlı ola bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə