Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus qırıcıları İŞİD obyektlərini darmadağın etdi
Rus qırıcıları İŞİD obyektlərini darmadağın etdi
29 Oktyabr 2015 / 10:43 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4

Əməliyyatlar zamanı İŞİD silahlılarına məxsus obyektlər məhv edilib.

Rusiya hərbi hava qüvvələri Suriyada növbəti anti-terror əməliyyatları keçirib. ANS PRESS-in məlumatına görə, Müdafiə Nazirliyi əməliyyatları əks etdirən videogörüntüləri media ilə paylaşıb. Nazirliyin məlumatına görə, əməliyyatlar, əsasən, Həma və Hələb vilayətlərində icra olunub. Əməliyyatlar zamanı İŞİD silahlılarına məxsus obyektlər məhv edilib.

Rusiya prezidenti Vladimir Putin Suriyada cərəyan edən münaqişədən dolayı Avropaya kütləvi şəkildə mühacirlərin axın etməsi məsələsinə toxunub. Putin Almaniyanın vitse-kansleri Ziqmar Qabriel ilə görüşündə problemi dilə gətirib.
Suriya xəritəsi

“Problemin öhdəsindən gəlmək üçün Suriya dövlətinin möhkəmləndirilməsinə dəstək olmaq lazımdır. Hazırda Suriya dövləti mövcuddur. İndi bu dövlətinin əsaslarını bərpa etmək və bütün mübahisəli məsələri siyasi prosesə daxil etmək lazımdır”.

Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Suriyada münaqişənin həllini cəhənnəmdən qaçış planı adlandırıb.

“Bu planı hazırlamaq üçün biz məsələyə iki mövqedən yanaşmalıyıq. Bir tərəfdən İŞİD-ə qarşı kampaniyanı gücləndirməli, digər tərəfdən problemin siyasi həllini daha da yaxınlaşdırmaq üçün diplomatik cəhdlərimizi artırmalıyıq. Suriyalıları təkcə İŞİD və ya Bəşər Əsəd seçimi qarşısında qoymamalıyıq. Bu terrorçularla diktator arasında seçim olardı. Hər ikisinə yox deyirik”

Suriya münaqişəsi sabah Avstriyanın paytaxtı Vyanada Rusiya, ABŞ, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri arasında keçiriləcək görüşdə müzakirə mövzusu olacaq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə