Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət komitələrini, nazirlikləri “ləğv” edən ekspert
Dövlət komitələrini, nazirlikləri “ləğv” edən ekspert
29 Oktyabr 2015 / 16:08 / Baxış sayı: 1154
Font1 Font2 Font3 Font4
Bir dəfə jurnalistlərdən biri sosial şəbəkədə yazmışdı ki, biz çoxlarını ekspert edə bildik, amma adam edə bilmədik. Lətifəsi bəzilərindən uzaq, doğrudan da elə ekspertlər var ki, müxbirlər onlara zəng etmələrinə peşman olurlar. Bir sualın cavabı ən azı 8-10 dəqiqə çəkir.
Özləri çox danışırlar ki, yazıları qəzetlərdə, saytlarda iri həcmdə getsin. İri həcmdə gedən yazılara isə iri həcmdə də şəkillər verilir. Məlum olur ki, sən demə, ölkədə filan ekspert, başqa sözlə desək, hərşeyşünaslar varmış. Amma onların arasında elələri də var ki, istənilən mövzu ilə bağlı danışır, proqnoz verir, tutaq ki, hansısa naziri “işdən çıxarır”, nazirliyi “ləğv edir”. Deyir ki, iki aydan sonra filan nazirlik olmayacaq. Onun səlahiyyətlərini başqa dövlət qurumuna verib, özünün də qapısından qıfıl asacaqlar.
Belə ekspertlər özləri də çox yaxşı bilirlər ki, iki aydan sonra hansısa oxucu, elə jurnalistin özü yalan proqnozlar verdiyinə görə zəng edib, ona ürəyindən keçəni deməyəcək. Axı 2 ayda kimin yadında nə qalır ki? Ona görə də “proqnoz”u proqnoz dalınca guppuldadırlar.
Daha demirlər ki, bu dünyada “google” adlı bir şahid, faktor da var. Özündən çıxardığın proqnozlar oxucunun və jurnalistin yadından çıxa bilər. Amma “google”nin yadından heç nə çıxmır. Oxucu sabah, birisi gün bu axtarış şəbəkəsində nəsə axtaranda iqtisadçıların proqnozları gözünə dəyir. Oxuyub görür ki,  hansısa ekspertin iki ay əvvəl “ləğv” etdiyi nazirlik hələ də mövcuddur. Bir müddət bundan öncə oxucu auditoriyası qazanmaq istəyən media orqanlarından biri “Hansı nazirlik və komitələr ləğv ediləcək?” sərlövhəli yazı hazırlayıb.
Müxbirlərdən biri yazıb ki, neftdən gələn gəlirləri azaldıqca, manatın məzənnəsinin əvvəlki səviyyədə saxlanılması problemə çevrildikcə, dövlət aparatında ixtisarlar gündəmə gəlir. Yazıda müxbirin müraciət etdiyi ekspert iddia edib ki, postneft dönəmi başladığından xərcləri optimallaşdırmaq qaçılmazdır.
“Azərbaycanda artıq postneft dönəmi başlamaqdadır” – deyən ekspert bu dönəmdə xərclərin optimallaşdırılmasının və dövlət strukturlarının yenidən təşkilinin gündəmə gəldiyini iddia edib: “Ekspert vurğuladı ki, ilk hədəf oxşar funksiyaları yerinə yetirən dövlət strukturlarının ləğvidir.
Diasporla İş Üzrə Dövlət Komitəsinin ləğvi gündəmdədir. Komitənin ləğvi onun funksiyalarının Xarici Işlər Nazirliyinə verilməsini nəzərdə tutur. Bundan başqa, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi nəzərdə tutulur. Hər iki nazirlik eyni funksiyanı həyata keçirən sosial institutlardır. Eləcə də bir çox nazirliklər və dövlət komitələri var ki, onların fəaliyyətinin funksiyalarına yenidən baxmaq gərəkdir. İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti Departamenti eyni funksiyaları Dövlət Standartlaşdırma Metrologiya və Patent Komitəsi məşğuldur. Güman ki, ikincinin funksiyaları ləğv edilərək İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək”. Əvvəla proqnozlar gümanla, fərziyyə ilə verilmir. Bir dəfə Əbülfəz Elçibəydən soruşmuşdular ki, niyə filan politoloqun verdiyi bütün proqnozlar düz çıxır. Rəhmətlik də cavab vermişdi ki, hər bir hadisə ilə bağlı iki versiya var: – ya o hadisə olacaq, ya da olmayacaq.
Sizin dediyiniz politoloq da bu iki versiyanın ikisini də irəli sürür. Deyir ki, filan siyasi proses ya olacaq, ya da olmayacaq. Ona görə də həmin şəxsin bütün proqnozları düz çıxır. Bizim nəzərdə tutduğumuz ekspert də elə bu cür “əzəmətli proqnozlar verir. Güman edir ki, Dövlət Standartlaşdırma Metrologiya və Patent Komitəsinin funksiyaları ləğv edilərək İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Deyir “bəlkə”ləri əkiblər, amma yetişməyib. Güman edirsən ki, komitə ləğv ediləcək. Deməli o, ləğv edilməyə də bilər. Bu, lap ona bənzədi ki, biz də gələcəkdə hansısa iqtisadçı ekspertin kosmonavt ola biləcəyini güman edək. Fərziyələrlə, gümanlarla, “bəlkə”lərlə hər şey etmək olar, amma doğru proqnozlar verən iqtisadçı olmaq çətin məsələdir. İkincisi, əgər doğrudan da uzaqgörən, çoxbilən, hər şeyi vaxtında proqnozlaşdıran ekspert, mütəxəssis, professional, peşəkarsınızsa, Arif Qaraşovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılacağını niyə vaxtında “proqnoz”laşdırmırdınız? Başqa bir yazı: – iqtisadçı-ekspert nəqliyyat nazirinin taleyinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə bənzədiyini bildirdi: “İndi eyni situasiya ilə Ziya Məmmədov üzləşib.
Avtovağzal və dəmiryolu onun nəzarətindən çıxarıldı, bir sıra səlahiyyətləri ASAN Xidmətə verildi. Sürətlə bu şəxs səlahiyyətlərini itirir. Hesab edirəm ki, burada iqtisadi səbəblərdən çox, siyasi səbəblər var”. Adamdan soruşarlar ki, sən iqtisadçısan ya siyasətçi? İqtisadçısansa, siyasətdən niyə danışırsan? Belə siyasi “proqnozları” hardan tapıb çıxarırsan? Niyə siyasi “proqnoz”ların özünü doğrultmadı? “Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Vergilər Departamentinin ləğvi yaxınlarda gözlənilən struktur islahatlarının başlanğıcı idi” – deyən ekspertə sual olunur: “Doğrudan da söylədiklərin gözlənilən idisə, niyə əvvəldən bu haqda “proqnozlar” vermirdin?”. Ekspert mətbuata növbəti açıqlamasnda iddia edir ki, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN Xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Hesab edir ki, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də gözləniləndir: “Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, onun funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları nəzərdən keçirilir”. Ay yoldaş, ay ekspert, sən bu ölkədə nazirlik qoymadın e.
Hamısını “ləğv” edib, qapılarını “möhürlətdir”din. Zarafat bir yana, adam neçə ay bundan sonra baş ver(məyə)cək proznozlar irəli sürür. Hörmətli mütəxəssisimizin nəzərinə çatdırırıq ki, hələ heç kim bilmir bir saatdan sonra başına nə gələcək. Sən isə nazirliklərin qapılarını “bağlayırsan”. Bunları da çox açıb-agartmadan, ekspertin qanını çox da qaraltmadan keçək başqa mətləbə. Bu günlərdə qəzetlərdən birində nəqliyyat naziri haqda xəbərlərin yazılması ilə bağlı bir neçə redaktor arasında kiçik sorğu keçirilib. Sorğuda iştirak edən Aynur Camalqızı, Aydın Quliyev bildirblər ki, onlar təsdiqlənməmiş məlumatları, xəbərləri dərc etmirlər. Başqa vaxtlar ekspert, iqtisadçı, mütəxəssis kimi danışan bu dəfə baş redaktor kimi sorğuda iştirak edib. Deyib ki, nəqliyyat nazirinin məzuniyyət adı ilə ölkəni tərk etməsi guya “kifayət” qədər ciddi mənbədən alınan məlumatlar idi: “Bunlar kifayət qədər ciddi mənbələrdən alınmış məlumatlar idi”. Hörmətli mütəxəssis, redaktor, iqtisadçı, proznozçu “kifayət qədər ciddi mənbə”nin verdiyi “məlumatlar” niyə kifayət qədər ciddi olmadı?
Nə üçün yalan çıxdı? Deməli sizin “ciddi” dediyiniz “mənbələr”, “məlumat”lar kifayət qədər ciddi deyilmiş. Yalan imiş. Ya da bu kifayət başqa Kifayət imiş. Tutaq ki, Maştağada yaşayan Kifayət xalaymış… Nə isə, zarafat bir yana. Qeyri-ciddi mövzular haqda danışanda qeyri-ciddi söhbətlər də ortaya çıxır. Bu bir yana, adam özündən yaşca da, vəzifəcə də, dövlət qarşısında xidmətdəcə böyük şəxs haqqında danışanda gərək bir az ehtiyatlı olsun. Ən azı etik qaydaları gözləsin. Bundan əlavə, hansısa nazirin İsveçə, yaxud başqa ölkəyə müalicəyə, istirahətə, gəzməyə getməsi hər kəsin şəxsi işidir. Buna görə də hər hansı “ekspert”in, mütəxəssisin, peşəkarın kiminsə şəxsi işinə müdaxilə etməyə mənəvi və hüquqi haqqı yoxdur. Lətifəsi sizdən qat-qat uzaq, belə ekspertlər ciddi qınaq hədəfində olurlar.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə