Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ cəhənnəmdən qaçış yolu axtarır
ABŞ cəhənnəmdən qaçış yolu axtarır
29 Oktyabr 2015 / 17:46 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

ABŞ bir sıra üsyançılara dəstəyini artırsa da Suriyadakı vətəndaş müharibəsi “cəhənnəminə” son qoymaq üçün diplomatik səylərini intensivləşdirir. Bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib. C.Kerri 4 il yarım davam edən münaqişə ilə bağlı xarici işlər nazirləri ilə danışıqlar aparmaq üçün Vyanaya gedəcək.

İran ilk dəfədir ki, bu cür danışıqlarda iştirak edir. Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə də danışıqda iştirak edən ölkələr arasındadır. Buna baxmayaraq Suriyanın siyasi müxalifəti xəbərdarlıq edib ki, İranın iştirakı Vyanadakı görüşü çətinləşdirəcək.

Rusiya və İran Suriya prezidenti Bəşər Əsədə dəstək olurlar. ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və digər bir neçə ərəb ölkələri isə təkid edir ki, o, ölkənin gələcəyi ilə bağlı hər hansı uzunmüddətli rol oynaya bilməz.

Böyük Britaniya, Fransa, Almaniya, Misir, Livan və Avropa İttifaqının xarici işlər nazirlərinin də görüşdə iştirakı təsdiqlənib. Digər Yaxın Şərq dövlətlərinin də iştirakı gözlənilir.

İranın son 4 ildə Əsəd hakimiyyətini dəstəkləməyə, hərbi məsləhətçilər və silahla təmin etməyə və digər vasitələr üçün milyardlarla dollar xərclədiyi bildirilir.

Həm İran, həm də Rusiya bu yaxınlarda Suriya münaqişəsində öz hərbi rolunu aktivləşdirib. Rusiya ötən ay Suriyada hava kampaniyasına başlayıb. Rusiya bildirir ki, o, İŞİD və digər cihadçı qrupları Suriya prezidenti Bəşər Əsədin hərbi cəhətdən yardım xahişindən sonra hədəfləyib.

Qərb ölkələri və suriyalı fəallar deyirlər ki, Rusiya təyyarələri qeyri-hərbi hədəfləri də vurub. Rəsmi Moskva bu iddiaları təkzib edir.

Suriyada artıq 4 ildir hökumət əleyhinə etirazlar Əsəd hökuməti, İŞİD, Suriya üsyançıları və kürd döyüşçüləri arasında vətəndaş müharibəsinə çevrilib

Hökumət əleyhinə etirazlar 4 ildir ki, davam edərək dalana girən vətəndaş müharibəsilə nəticələnib. Əsəd hökuməti, İŞİD qruplaşması, çoxsaylı Suriya üsyançıları və kürd döyüşçüləri müxtəlif ərazilərə nəzarət edirlər.

Paytaxt Dəməşq, ölkənin mərkəzi və qərbində yerləşən hökumət qüvvələri İŞİD qruplaşması, “ən-Nüsra” cəbhəsi və ölkənin şimalı ilə şərqindəki daha azsaylı mötədil üsyançı qruplarına qarşı vuruşur. Bu qruplar həmçinin bir-birilə vuruşurlar.

Münaqişədə 250000 suriyalı öldürülüb və 1 milyondan artıq adam yaralanıb. Daha 11 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub. Onlardan 4 milyonu ölkə xaricinə gedib. Bu rəqəm sayı artmaqda olan Avropaya yollananları da əhatə edir.

İran, Rusiya və Livandakı “Hizbullah” hərəkatı Əsəd hökumətinə dəstək verir. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər, ABŞ, Britaniya və Fransa ilə yanaşı sünnilərin çoxluq təşkil etdiyi daha mötədil müxalifəti dəstəkləyirlər. Hesab edilir ki, “Hizbullah” və İran Suriyada qoşun və zabitlərə malikdir. Bu arada Qərb rəhbərliyi ilə yaradılmış koalisiya və Rusiya hava zərbələri həyata keçirir (BBC).



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə