Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Həsənovdan ATƏT-ə etiraz: “Bu nə ayrı-seçkilikdir?!”
Əli Həsənovdan ATƏT-ə etiraz: “Bu nə ayrı-seçkilikdir?!”
29 Oktyabr 2015 / 18:35 / Baxış sayı: 326
Font1 Font2 Font3 Font4

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cenevrədəki Baş Qərargahında Proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoftun rəhbərlik etdiyi nümayəndə heyətini və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ə. Həsənov BMT QAK-nı  20 il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu bir təşkilat olduğunu vurğulayaraq, bu gün dünyada məcburi köçkünlərin beynəlxalq aləmdə hüquqi baxımdan onların problemlərinin tənzimlənməsində ciddi boşluqlar olduğunu deyib: “Ona görə də beynəlxalq aləmdə məcburi köçkünlərlə bağlı ümumi bir konvensiya yaratmaq və qanunvericilik bazası təkmilləşdirilməlidir. Çünki dünyada bu problemin miqyası, qaçqın və məcburi köçkünlərin sayı ilbəil artır”.

Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyindən, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməyinə toxunan Baş nazirin müavini ATƏT-in Minsk qrupunu ayrı-seçkilik etməkdə günahlandırıb: “1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Görün neçə ildir keçib?! Əgər o qətnamələrin icra mexanizmi varsa onda niyə bizimlə bağlı qəbul olunmuş o qətnamələr icra olunmur? Bu ayrı-seçkiliyin səbəbi nədir?”

Baş Nazirin müavini bu gün Azərbaycanın yeganə probleminin Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi olduğunu bildirib. Görüşdə Henrik Nordentoft Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirlərdən heyran qaldığını bildirib.

Bundan başqa, görüşdə Azərbaycan ilə qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verdiyi qeyd edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə