Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2 erməni əsgəri öldürən Qarabağ əlili işsizqalıb – FOTOLAR
2 erməni əsgəri öldürən Qarabağ əlili işsizqalıb – FOTOLAR
29 Oktyabr 2015 / 18:44 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4

Hər şey Mətləb Mahmudovun Mingəçevir Turizm Kollecini bitirməsindən sonra başlayıb. Hərbi xidmətə çağırılan gənc Göyçay rayonundan əsgərliyə yollanıb. 2012-ci ilin yanvarında hərbi xidmətə başlayan Mətləb az sonra öz cəsurluğu ilə əsgər yoldaşları arasında ad çıxarıb. Ağır döyüşdə yaralanmasına baxmayaraq, düşmənə layiqli cavab verib…

Sonra mülki həyatı başlayıb. Bununla bərabər problemləri, qayğıları da başlayıb. Neçə ildir işsizdir. İndi ən böyük istəyi iş tapmaqdır…

Publika.az Qarabağ əlili Mətləb Mahmudovun həyat hekayəsini öz dilindən təqdim edir.

Müsahibimiz söhbətə hərbi xidmətə başlamasından, cəbhə bölgəsində düşmənlə üz-üzə dayanmasından, döyüşməsindən, yaralanmasından söz açaraq başlayır: “Hərbi xidmətimə Qazaxdakı “N“ saylı hərbi hissədə başladım. Bir müddət şəhərin mərkəzindəki hərbi hissədə xidmət etdim. Daha sonra cəbhə bölgəsində xidmətimi davam etdirdim.

Postda xidmətdə idik. İyunun 5-də ermənilər qəfil Quşçu Ayrım kəndinə hücuma keçdilər. Bu, mənim döyüş növbətçiliyimi təhvil verən vaxta təsadüf etdi. Ağır döyüş başladı…”

Düşmən hərbçilərimizi duyuq salmamaq üçün əvvəlcə postun yaxınlığındakı itləri səsboğucusu olan silahla güllələyib: “… Ağır döyüş başladı. Onlar müxtəlif növ silahlardan atırdılar. Hər yerdən güllə yağırdı. Hücum edənlər 18-20 yaşlı əsgərlər yox, bizdən bir neçə yaş böyük, xüsusi təlim görmüş, fiziki cəhətdən də olduqca güclü hərbçilər, muzdlu döyüşçülər idi. Özü də hərbi paltar yox, qara rəngli xüsusi forma geymişdilər. Qumbaralardan biri düz yanımızda partladı. Hərəmiz bir tərəfə dağılışdıq. Bir neçə əsgərimiz yaralandı, şəhid olanlar da vardı.

 

Nişan alıb, yaxınlıqdakı düşmən əsgərlərindən birini vurdum. O yaralandı, səndələyəndə, sağdakı yoldaşı onu tutdu. Onu da vurdum. Hər ikisi yıxıldı.

Atışma davam edirdi. Düşmənin atəş nöqtələrini susdurmaqda davam edirdik. Öz mövqeyimdən düşmənə  atəş açırdım. Amma ayağımda nəsə istilik, bir qədər də keyləşmə hiss edirdim. Diqqətlə baxanda gördüm ki, ayaqlarım qumbaranın qəlpələrindən dağılıb. Buna baxmayaraq, döyüşü davam etdirirdim.

Birdən gördüm ki, iki düşmən əsgəri geri çəkilir. Onlardan biri yaraladığım idi. Döyüşçü yoldaşının çiyninə söykənib qaçırdı. Nişan alıb ona getməyə kömək edən əsgəri də vurdum”.

Həmsöhbətimiz deyir ki, ağır döyüş düşmən üçün məğlubiyyətlə bitib: “Qısa müddət sonra arxadakı postdan bizə kömək gəldi.  Ermənilərə də kömək gəlmişdi, güllələdiyim əsgərləri qanları axa-axa aparırdılar. Vurduğum erməni əsgərlərdən ikisi öldü. Hospitalda yatanda yanıma gələn mayor dedi ki,  güllələdiyin əsgərlər ölüb. Bunu Ermənistan mətbuatı və müdafiə nazirliyi də rəsmən təsdiqlədi. Düşmən əsgərləri sayca bizdən çox olsalar da, xüsusi təlim görmüş hərbçilərin hücumu uğursuz oldu…

Bədənimin hər yerində qəlpə yaraları vardı. Hər iki ayağımdan yaralanmışdım. Məni və yaralanmış döyüşçü yoldaşlarımı müayinə üçün Şəmkirə gətirdilər. Ordan isə helikopterlərlə Bakıya hospitala yola salındıq.

Altı ay hospitalda müalicə olundum. Ayaqlarımın dərisi sıyrıldığından, dəri qoydular. Sümüklərimin bərkiməsi üçün xüsusi müalicə kursu keçdim. Uzun müddətlik müalicədən sonra mənə 45 günlük məzuniyyət verildi. Məzuniyyət bitdikdən sonra yenidən hospitala qayıtdım.

Eşitdim ki, hospitalda mənimlə gətirilmiş döyüşçü yoldaşlarımdan cəmi 1 nəfəri sağ qalıb, qalanları dünyasını dəyişdi”.

Artıq hərbi xidmətə yararsız olduğundan, Mətləb dekabrda ordudan tərxis edilib: “Göyçaya qayıtdıqdan sonra müvafiq sənədləri Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə təqdim etdim. Sənədlərdə  yaralanmağım, əlilliyim əksini tapmışdı. Bütün sənədlər Bakıya göndərildi. İkinci qrup əlilliyim təsdiq edildi.

Bundan sonra düşmən əsgərlərini məhv etdiyimə görə mənə Prezident təqaüdü ayrıldı. 2013-cü ilin yanvarından 130 manat Prezident təqaüdü, ikinci qrup əlilliyə görə isə 66 manat pensiya alıram”.

… Mingəçevir Turizm Kollecini bitirən gənc indi qayğıları ilə baş-başa qalıb. Belə ki o, bu günə kimi işsizdir: “İki ildir bir neçə dövlət orqanına rəsmi şəkildə müraciət edərək işlə təmin olunmağımı xahiş etmişəm. Amma təəssüf ki, məni işə götürməyiblər.

 

Hətta muzeylərə də getdim. Soruşdum ki, “bəlkə, sizdə iş yeri ola?” Dedilər, “boş yerimiz yoxdur”.

 

Məşğulluq idarəsindən də deyirlər ki, “hal-hazırda bizdə sizə uyğun iş yeri mövcud deyil”.

İş yeri tapa bilmirəm ki, çörəkpulu qazanım. Tezliklə rayonumuzda bayraq muzeyi, gənclər mərkəzi açılacaq. Gözləyirəm ki, fəaliyyətə başlayan kimi bu qurumlara da müraciət edim. Amma bu qurumlara da ümidim yoxdur.

Yeganə istəyi işlə təmin olunmaqdır. Heç olmasa, 150-200 manatlıq iş olsaydı, işləyər, ata-anama kömək edərdim. İstəyirəm valideynlərimə kömək edim.

İki ildən çoxdur işsiz olduğumdan, ailə də qura bilmirəm…”

Anar Tağıyev



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə