Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD-in xüsusitəyinatlıları əsir düşdü
İŞİD-in xüsusitəyinatlıları əsir düşdü
30 Oktyabr 2015 / 10:49 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4

Suriya ordusu ölkənin Kuneytra əyaləti ərazisində İŞİD terror qruplaşmasının xüsusitəyinatlı dəstəsini əsir götürüb. Bu barədə “RİA Novosti”yə Suriya kəşfiyyatındakı mənbə bildirib. 

“Xan Arnabi qəsəbəsi yaxınlığında gedən şiddətli döyüşlər zamanı 50-dən çox terrorçu mühasirəyə alınıb. Dəstənin komandiri Mücahid ibn Zara öldürüldükdən sonra terrorçular silahı yerə qoyaraq ordu qüvvələrinə təslim olub”, – deyə məlumatda bildirilir.

Məlumata görə, əsir götürülən terrorçuların əksəriyyəti ABŞ-ın Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yaratdığı təlim düşərgələrində intensiv xüsusi hazırlıq kursu keçib.

Qeyd olunan dəstə Əl Hasak şəhərində qanlı terror aktları, Dəməşqdə isə inzibati binalarda partlayışlar törədib. “Əsir götürülənlər arasında Ad-Dar əl Kəbirə şəhəri yaxınlığındakı təlim düşərgəsində hazırlıq kursu keçmiş terrorçular da var. Onlardan birinin etirafına əsasən, Suriya ordusunun strateji obyektlərin mühafizə sisteminin öyrənilməsinə dair xüsusi kurs keçmiş bir qrup terrorçu irimiqyaslı terror aktları törətməyi planlaşdırıb”, – deyə mənbə bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə