Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Natiq Əliyev də yoxlamaları dayandırdı
Natiq Əliyev də yoxlamaları dayandırdı
30 Oktyabr 2015 / 11:40 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Energetika Nazirliyində kollegiya iclası keçirilib. İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında“ prezident fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək işlər də müzakirə edilib. Bildirilib ki, ölkədə sahibkarların fəaliyyətinə müdaxilə yolverilməzdir.

Nazir Natiq Əliyev deyib ki, Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən həyata keçirilən nəzarət funksiyasından ancaq dövlətin xeyrinə istifadə olunmalıdır: “Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın.

Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır.

Yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlanıla bilər. Kimsə vəzifə səlahiyyətlərini aşaraq, qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək, işdən azad ediləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə