Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Penitensiar xidmət Mədət Quliyevi təbrik etdi
Penitensiar xidmət Mədət Quliyevi təbrik etdi
30 Oktyabr 2015 / 16:02 / Baxış sayı: 836
Font1 Font2 Font3 Font4

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin kollektivi general-leytenant Mədət Quliyevi milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunması münasibəti ilə təbrik edib.

Təbrik mətnində deyilir:
“Cənab general-leytenant !
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin kollektivi sizi Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik orqanlarında yüksək vəzifəyə təyin edilməyiniz münasibətilə böyük qürur və fəxarətlə səmimi qəlbdən təbrik edir.
Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətimizin ən vacib sütunlarından biri olan Milli Təhlükəsizlik Nazirliyinin sükanını sizə etibar etməsi həyatınızın böyük bir hissəsini sərf etdiyiniz cinayətkarlıqla mübarizədə gücünüzü və sağlamlığınızı əsirgəmədən yüksək nailiyyətlər əldə etməyinizə, qanunun keşiyində hər zaman sayıq durmağınıza, xalqımızın Milli Qəhrəmanı olaraq millətimizin və müstəqil dövlətimizin mənafeyini bütün maraqlardan üstün tutmağınıza, xüsusi ilə son illər Sizin əzmlə çalışdığınız ədliyyə orqanlarına və onun rəhbərliyinə göstərilən yüksək etimaddır.
Bir daha sizi və hazırda rəhbəri olduğunuz kollektivi təyinatınız münasibəti ilə təbrik edir və inanırıq ki, ədliyyə orqanlarındakı gərgin əməyiniz, prinsipial mövqeyiniz, çevik və cəsarətli addımlarınız sayəsində əldə etdiyiniz nailiyyətlər ölkənin daxili sabitliyinin qorunması və təhlükəsizliyinin təmin olunması sahəsində də öz töhfəsini verəcək”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə