Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN-lə bağlı daha bir şikayət- Şok faktlar
MTN-lə bağlı daha bir şikayət- Şok faktlar
30 Oktyabr 2015 / 16:04 / Baxış sayı: 1254
Font1 Font2 Font3 Font4

Milli Təhlükəsizlik nazirliyinin törətdiyi silsilə cinayətlərə bağlı mətbuatda son günlər xeyli sayda məlumat yayılıb.

MTN “qurban”larından biri olan Məmmədova Sevda Məhərrəm qızından saytımıza şikayət məktubu daxil olub. 

Xatırladaq ki, prezident İlham Əliyevin oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovu tutduğu vəzifədən azad edib. 

Bundan sonra isə nazirliyin 15-ə yaxın yüksək rütbəli əməkdaşları həbs edilib. Həbs edilənlər içərisində generallar da var.

Qaynar.info Məmmədova Sevda Məhhərəm qızının şikayət ərizəsini təqdim edir.
Azərbaycan Respublikasının Heydər Əliyev Fondunun Prezidenti

Mehriban xanım Əliyevaya,

Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi ev 31/32 yaşayan

Məmmədova Sevda Məhərrəm qızı (tel: 050 321-11-39) tərəfindən
Ə R İ Z Ə

Əziz Mehriban xanım! Yazıb Sizə bildirirəm ki, həyat yoldaşım Məmmədov Abutalıb Şirzad oğlunu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları 06.06.2009-cu ildə guya “narkotik alveri etmək iştəyirmiş” adı ilə böhtanlayıb həbs etdilər.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi 17 Fevral 2010-cu il tarixdə Məmmədov Abutalıb Şirzad oğluna haqsız yerə 13 illik həbs cəzası vermişdir. Appellyasiya şikayətimiz nəticəsində iş 10 il müddətinə endirilmişdir. Həmin qətnamələrdən göründüyü kimi dəmiryol vaqonunda tapılmış ümumi çəkisi 9 kq olan nəşənin sahibi Abutalıb deyil. Həmin narkotik maddələr vaqona əvvəlcədən gizli olaraq qoyulmuş və sonra onu oraya qoyduranların özləri axtarış aparıb tapmışlar. Abutalıb keçirilən məhkəmə proseslərinin hamısında bildirdi ki, vaqondan tapılmış həmin narkotik maddədən xəbəri yoxdur. Hər iki qətnamədə yazılıb ki, bu narkotik maddənin sahibi istintaqla müəyyən edilməmiş şəxsdir. İstintaq niyə müəyyən etmədi ki, həmin narkotik maddələrin sahibi əslində kim idi? Əgər bu işdə Abutalıb günahkar idisə niyə istintaq orqanları maraqlanmadılar ki, Abutalıb onu kimdən almışdı, kimə verəcək idi?

Qətnamələrdə yazıldığı kimi mülki geyimli Milli Təhlükəsizlik Nazirliyinin işçiləri və digər naməlum şəxslər həmin vaqonda narkotik maddə olmasından əvvəlcədən xəbərdar olublar. Abutalıb vaqonda gizli yolla nəşə aparırdısa, onda MTN-nin əməkdaşları bunu qabaqcadan necə bilib? Bu qurama iş deyilsə, MTN-nin əməkdaşları narkotik vasitənin konkret hansı vaqonda aparılmasını əvvəlcədən haradan bilmişdilər? İstintaq niyə bu nəşənin sahibinin kim olduğunu müəyyən etmək istəmədi? Halbuki dəfələrlə bunu tələb etdik.

Əziz Mehriban xanım! Hər iki qətnamədə yazılıb ki, guya Abutalıb günahsız olduğunu sübut edə bilmir. Halbuki təqsirsizlik prezumiyasına görə Abutalıb təqsirsiz olduğunu sübut etməyə borclu deyildir.

MTN-nin əməkdaşları Məmmədov Abutalıb Şirzad oğlunu əsassız həbs etdikdən sonra ona müxtəlif növ işgəncələr vermişlər ki, vaqondan tapılmış narkotik maddələri öz boynuna götürsün. Bu məqsədlə Abutalıbı dəfələrlə döymüşlər. Lakin döyülmə işgəncələrinin fayda verməyəcəyini görən MTN əməkdaşları növbəti dəfə Abutalıbı kişilikdən məhrum etmə ilə hədələyib qorxuzmuş və son nəticədə çirkin planlarını həyata keçirə bilmişlər. Belə ki, onlar izahat yazıb Abutalıba qol çəkdirmişlər ki, guya onun bu işdən xəbəri vardır.

Nəşəni vaqona yerləşdirənlər bizcə bəzi MTN əməkdaşları ilə əlaqəli şəxslərdir ki, rütbələrinin qaldırılması və həbsxanalar üçün plan doldurulması səbəbindən özləri qoyub özləri də dürüst qaydada tapmışlar.

Abutalıb narkotik alverçisi deyil, bütün məhkəmə iclaslarında da o özünün təqsirkar olmadığını dəfələrlə məhkəmə hakimlərinə bildirdi. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2010-cu il tarixli bu qətnaməsində yazılanlardan da aşkar görünür ki, Abutalıb narkotik məsələsində təqsirkar olması istintaq yolu ilə müəyyən edilməmişdir. Bu ittihamla bağlı MTN əməkdaşlarının yeganə “sübutu”  Abutalıbı döyərək onu kişilikdən məhrum etmə hədə-qorxusu ilə zorla yazdırdıqları ilkin izahatdır.

Abutalıb hər iki məhkəmədə dəfələrlə xahiş etdi ki, ekspertiza təyin edilsin, əl izləri yoxlansın, ciddi araşdırma aparılsın və lazım gələrsə telefon zəngləri araşdırılsın görək həmin narkotik maddələri vaqona kim qpyub? Daha sonra Abutalıb məhkəmədə bildirdi ki, yaxşı guya bu qədər narkotik maddənin sahibiyəmsə, onda niyə soruşmursunuz ki, bunları kimdən almışam, hara aparıram və s.? Bu sualların hamısı cavabsız qaldı və məhkəmə hakimləri bunun dəqiq aşkar edilməsində maraqlı olmadılar və narkotik vasitənin sahibini istintaqla müəyyən edilməmiş şəxs kimi yazdılar.

İşin həqiqi hallarının aşkarlanması üzrə heç bir ədalətli məhkəmə aşardırması aparılmadı. İşi tez bağlamaq üçün Abutalıbın haqsız yerə həbs edildiyini bilirəm. Ali Məhkəmə hakimi Əli Seyfəliyev isə ümumiyyətlə biz şikayətçi tərəfi dinləmədi və heç nə soruşmadan kassasiya şikayətimizi təmin etmədiyini bildirdi.

1) Məhkumluq həyatı yaşayan həyat yoldaşım Məmmədov Abutalıb Şirzad oğlu 1992-ci ildə vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, kontuziya xəstəsidir. Qarabağ Müharibə Veteranıdır. Yeni Azərbaycan partiyasının üzvüdür. İki azyaşlı övladı var.

2) Qardaşı Məmmədov İlqar Şirzad oğlu 07.08.1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə döyüşərkən itgin düşərək Şəhid olmuşdur.

3) Atası Məmmədov Şirzad Abutalıb oğlu 17.05.2011-ci il tarixində oğlu Abutalıbın haqsız yerə tutulmasına dözməyib infakt keçirərək dünyasını dəyişdi.

4) Bacısı Moqbilova Sevda Şirzad qızı 24.05.2012-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişdi.

5) Dayısı Məmmədov Tağı Allahqulu oğlu 1992-ci ildə Ağdam ətyrafında gedən döyüş¬lər-də könüllü olaraq qəhrəmancasına vuruşaraq Şəhid olmuşdur və Bakı Şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.

6) Dayısı Məmmədov Məhərrəm Allahqulu oğlu 1992-ci ildə Ağdərə ətrafında gedən döyüşlərdə könüllü olaraq döyüşmüş və itgin düşərək Şəhid olmuşdur.

Haqsız yerə həbs olunmuş həyat yoldaşım Abutalıbın indiyənədək heç bir məhkumluğu olmayıb. Bundan əlavə bəyəm Abutalıb adam öldürüb, baş kəsib nədir, ilk məhkumluqda birincisində 13 il, sonrada 10 il həbs müddətinə endirdilər? Dəfələrlə aidiyyatı orqanlara müraciətlər etsək də şikayətlərimizə baxılmadı. Sonuncu dəfə 14 Yanvar 2011-ci il və 2 Noyabr 2011-ci il tarixli ərizə ilə Sizə müraciət etsək də şikayətimiz baxılması üçün Əfv kommisiyuasına göndərilmiş və orada da ört-basdır edilmişdir. Belə ki, 09.03.2011-ci il tarixində Əfv kommisiyasında Kəmalə Hüseynova bizi qəbul etsə də şikayətimizə başdansovdu yanaşmış və hətta ərizəmizlə bağlı bizə yazılı cavab verməkdən imtina etmişdir.

Əziz Mehriban xanım! Yazıb Sizə bildiririk ki, respublikamızda apardığınız rüşvətxorlu¬ğa və korrupsiyaya qarşı əməli mövqeyinizi bəyənirik. Digər tərəfdən sadə vətəndaşların haqlı müraciətlərini hər zaman müdafiə etməyinizi və Şəhid ailələrinə göstərdiyiniz qayğıya görə (bu ailənin üç Şəhidi var) ümid edirik ki, bir daha öz böyüklüyünüzü və humanistliyinizi göstərərək haqsız yerə həbs edilmiş həyat yoldaşım Məmmədov Abutalıb Şirzad oğluna bəraət verilərək azad edilməsinə sərəncam verəcəksiniz. Belə olan halda hesab edərik ki, 23 ildir ki, yolunu gözlədiyimiz döyüşdə itgin düşərək ölmüş hesab edilmiş digər qardaşını sanki tapıb özümüzə qaytarmış olarsınız.

Qoşma 7 ədəd.

1) Məhkumun Qarabağ Müharibə Veteranlıq vəsiqəsi.

2) Yeni Azərbaycan Partiyasının vəsiqəsi.

3) İki azyaşlı övladlarının Şəhadətnaməsi.

4) Atasının infaktdan dünyasını dəyişməsinin Şəhadətnaməsi.

5) Dayısı Məmmədov Tağı Allahqulu oğlunun Şəhid olması haqqında Şəhadətnamə.

6) Digər dayısı Məmmədov Məhərrəm Allahqulu oğlunun itgin düşərək Şəhid olmasının Şəhadətnaməsi.

7) Anasına Şəhid ailəsi statusunun verilməsi.

8) Apellyasiya Məhkəməsinin qərarının sürəti.

İmza: 30.10.2015



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə