Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avstraliya parlamentinin nümayəndə heyəti Gəncəyə gəlib
Avstraliya parlamentinin nümayəndə heyəti Gəncəyə gəlib
30 Oktyabr 2015 / 17:52 / Baxış sayı: 1460
Font1 Font2 Font3 Font4

Avstraliya parlamentinin üzvü, Avstraliya-Azərbaycan dostluq qrupunun sədri Luke Simpkinsin rəhbərliyi ilə nümayəndə heyəti Gəncədədir. Nümayəndə heyətini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mehribanlıqla qarşılayıb.

O, Azərbaycanla Avstraliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndiyini, səmimi münasibətlərin ölkələrimizə uğur və fayda gətirdiyini diqqətə çatdırıb. Sonra bəşəriyyətə Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şəxsiyyətlər bəxş etmiş Gəncənin qədim tarixi, sosial-iqtisadi və mədəni inkişafı haqqında məlumat verib.

Nümayəndə heyətinin rəhbəri Luke Simpkins bildirib ki, Azərbaycana səfərin qrafiki intensivdir. Yalnız paytaxt ilə deyil, həmçinin Gəncə ilə tanış olmaq, hər iki ölkənin bölgələri arasında əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olsalar da başlıca məqsəd 1 noyabr Milli Məclisə seçkiləri müşahidə etməkdir. Luke Simpkins onu da vurğulayıb ki, Azərbaycana ikinci gəlişi olsa da, burada seçkiləri ilk dəfə müşahidə edəcək. Eyni zamanda, qonaqlar ermənilər tərəfindən işğal olunmuş ərazilərdən qaçqın və köçkün düşmüş insanlarla görüşəcək, onların məskunlaşdığı şəhərciklərdə olacaqlar. Nümayəndə heyətinin ayrı-ayrı üzvləri Gəncənin iqtisadi və sənaye potensialı, kənd təsərrüfatının inkişafı ilə maraqlanacaqlar. Onlar ADAU-da olacaq, aqrar sahədə bir sıra yeniliklərlə, elmi tədqiqatlarla tanış olacaqlar.

Nümayəndə heyətinin üzvləri bu gün Gəncənin muzeylərini, Məhsəti Mədəniyyət Mərkəzini və görməli yerlərini gəzəcəklər. Sonda Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Avstraliyanın nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.

arxiv.bizimxeber.az
Süsən Tağıyeva



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə