Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Quliyevin səhhəti pisləşdi
Arif Quliyevin səhhəti pisləşdi
30 Oktyabr 2015 / 19:27 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4

Xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətində problemlər yaranıb. Publika.az-a açıqlama verən aktyor müalicə kursu keçdiyini bildirib: 

“Heç yerə çıxa bilmirəm, çünki səhhətimdə problemlər yaranıb. Keçən il Türkiyədə keçirdiyim sinir əməliyyatından sonra bir müddət İranda müalicə olundum. Səhhətim düzəlmişdi, amma yenidən xəstələndim. Qan dövranımda problemlər yaranıb. Həkimlər evdə məni nəzarət altında saxlayır, dava-dərman qəbul edirəm”.

 “Həkimlərin qənaəti necədir?” sualına xalq artisti özünəməxsus yumorla cavab verib: “Həkimlər deyir ki, qorxma, ölənə qədər yaşayacaqsan. Deyirlər, özünə yaxşı bax, mən də tez-tez güzgüyə baxıram. Yeməyinə fikir ver deyirlər, mən də beş boşqab yeyirəm, amma yenə də ac qalıram”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə