Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş icra başçısının həbsdəki qızı narazıdır
Keçmiş icra başçısının həbsdəki qızı narazıdır
30 Oktyabr 2015 / 19:42 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4

Dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası noyabrın 4-nə təyin edilib. Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı, 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Bu il sentyabrı ayının 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib (“Report”).



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə