Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Leyla Əliyeva konserti təxirə saldı
Leyla Əliyeva konserti təxirə saldı
31 Oktyabr 2015 / 20:48 / Baxış sayı: 1204
Font1 Font2 Font3 Font4

Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri rusların dərdinə şərik çıxdı

Bu gün Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu çərçivəsində konsert proqramının keçirilməsi planlaşdırılmışdı.

Forum Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatmalı idi. Lakin konsert Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanınqərarı ilə ləğv edilib. Bu barədə Heydər Əliyev Fondunun mətbuat xidməti xəbər verib. Bu qərar Rusiya təyyarəsinin aviaqəzasının qurbanlarına hörmət əlaməti olaraq qəbul edilib.

Leyla Əliyeva
VI forumunun işində RAGB-ın sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev, Rusiya Dövlət Duması, Rusiya Federasiya Şurası, Moskva hökumətinin nümayəndələri, Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və digər şəxslər iştirak edirlər.
Bu gün Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” avia şirkətinin A-321-i təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünun hamısı həlak olub. Rusiya prezidenti Vladimir Putinin fərmanıyla noyabrın 1-i Rusiyada matəm günü elan edilib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə