Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda yolları qar basdı (FOTO)
Azərbaycanda yolları qar basdı (FOTO)
31 Oktyabr 2015 / 21:08 / Baxış sayı: 1216
Font1 Font2 Font3 Font4

Avtomobillərin hərəkətində ciddi çətinlik yaranıb. Quba – Xınalıq yolunda qar yağması nəticəsində ciddi fəsadlar yaranıb. ANS əməkdaşları Xınalıqdan qayıdan zaman tufana düşüblər. 

Xınalıq yolunda oktyabrın son günü yağan qar həm də qar sorağı ilə Xınalığa gedən turistlərə də sürpriz yaşadıb. Yolun Qırız Dəhnə kəndindən keçən hissəsində küləklə müşahidə olunan qar yolda ciddi problem yaradıb – avtomobillər sürüşdüyündən hərəkəti saxlamalı olublar. Hətta bəzi sürücülər yolun qəfil buz bağlamasından ehtiyatlanaraq avtomobillərin təkərlərinə zəncir bağlayıblar.Həm xarici,həm də yerli turistlər çətinliklə qarşılaşıblar.


Quba – Xınalıq yolu

“Biz Qubanın Xınalıq kəndindən qayıdırıq.Yolda qar yağması nəticəsində yol bərbad vəziyyətə düşüb. Yol sürüşmə yaranıb. Bu, avtomobillərin hərəkətində olduqca çətinlik yaradıb. Xınalıqdan gələn turistlər yolu piyada düşürlər”,- deyə xarici turistlər bildiriblər.

Paytaxt sakini Aytən Səmədova da Xınalığa turist kimi gəldiyini deyir: “Amma havanın qarlı olacağını bilmirdik. Bir az çətindir, bu yollara nəzarət olsa, daha yaxşı olar. Yollar sürüşkəndir”.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Qarlı havaların isə qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir. Qırız Dəhnə kəndinin yaxınlığı:



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə