Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azercell”ə ilk dəfə azərbaycanlı rəhbərlik edəcək
“Azercell”ə ilk dəfə azərbaycanlı rəhbərlik edəcək
01 Dekabr 2015 / 12:13 / Baxış sayı: 192
Font1 Font2 Font3 Font4

Bu gündən etibarən Vahid Mürsəliyev “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib.

Bu barədə “Azercell Telekom”dan məlumat verilib. V.Mürsəliyev şirkətin hüquq və idarə işləri departamentinin direktoru vəzifəsi ilə bərabər bu ilin yanvar ayından şirkətin prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərib.

“Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirib. “Azercell Telekom”un tarixində ilk dəfə olaraq azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram” – deyə “TeliaSonera” şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edib.

V.Mürsəliyev “Azercell Telekom” MMC-də 2005-ci ildən çalışır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə