Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Göyçayda da silahlı maskalılar mənzilə basqın etdi
Göyçayda da silahlı maskalılar mənzilə basqın etdi
01 Dekabr 2015 / 12:34 / Baxış sayı: 234
Font1 Font2 Font3 Font4

Göyçay rayonunda da maskalı şəxslər evə basqın ediblər. Hadisə bu gün saat 11 radələrində Göyçay şəhərinin Vaqif küçəsində qeydə alınıb. 

Dörd maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Fərzəli Hacıyevin evinə daxil olublar. Onlar Fərzalı Hacıyevi, onun həyat yoldaşı Rəxşəndə Hacıyevanı və oğlu Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra maskalı şəxslər evdə olan qızıl-zinət əşyalarını götürərək qaçıblar. Xəsarət alan ailə üzvləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda maskalı şəxslərin tutulması istiqamətində rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. F. Hacıyevin uzun müddətdir rayonda dəri alveri ilə məşğul olduğu bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə