Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sevil massivi” qurbanları Prezident Administrasiyasına toplaşdı
“Sevil massivi” qurbanları Prezident Administrasiyasına toplaşdı
01 Dekabr 2015 / 16:46 / Baxış sayı: 550
Font1 Font2 Font3 Font4

“Sevil massivi” MTK işindən zərərçəkənlər bu gün Prezident Administrasiyasının (PA) qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçılarının virtualaz.org saytına verdiyi məlumata görə, onlar bu gün baş tutan məhkəmə prosesindən çıxaraq birbaşa PA-nın binasının qarşısına gəliblər.

Zərərçəkənlərin sözlərinə görə, onların bir neçə nümayəndəsi PA-da qəbul olunub: “Məhkəmə mənim özümü də zərərçəkən kimi tanımırdı. Sonda nəhayət tanıdı və bu gün məhkəmə prosesi oldu. Proses saat 14:00-a təyin olunmuşdu, amma 14:30-da başladı. Bizi çağırıb bir-bir soruşdular ki, nə qədər pul vermişik və geri almaq istəyirikmi, vəssalam. Biz də elə məhkəmədən çıxan kimi bura toplaşdıq. Nümayəndələrimizi administrasiyada qəbul ediblər”.

Hazırda PA-nın binası qarşısında olan aksiya iştirakçılarından Səxavət Hüseynovun virtualaz.org saytına verdiyi məlumata görə, onların nümayəndələrinin görüşü artıq başa çatıb: “Bizim nümayəndələrə ancaq o deyilib ki, sabah Baş Prokurorluğa gedək. Onsuz da biz özümüz bundan öncə demək olar ki, bütün qurumlara müraciət etmişdik. İndi Baş Prokurorluğa qəbula yazılmağa gedirik. Sabah görüş olacaq”.

Aksiyada 50-dək zərərçəkən iştirak edib.

arxiv.bizimxeber.az



“Sevil massivi” qurbanları Prezident Administrasiyasına toplaşdı yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə