Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Davudoğlu: “Hörmət görmək istəyən hörmət göstərsin”
Davudoğlu: “Hörmət görmək istəyən hörmət göstərsin”
02 Dekabr 2015 / 9:11 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4

“Rusiya Suriyada hərbi əməliyyatlar keçirərkən Türkiyənin narahatlığını nəzərə almayıb”

Rusiya Suriyada hərbi əməliyyatlarını Türkiyənin maraqlarını nəzərə almadan keçirir. APA-nın məlumatına görə, bunu “Haberturk” və “Show TV” telekanallarına  müsahibəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

“Mən burada strateji deyil, daha çox psixoloji aspekt görürəm. Rusiya son zamanlar Gürcüstan, Ukrayna və Krımla bağlı məsələlərdə atdığı bəzi addımları ilə öz şöhrətpərəst siyasətini nümayiş etdirir.

Buna görə həddindən artıq özünəinam yaranıb. Rusiya, Suriyaya girərək və bunun Türkiyə üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayaraq Türkiyənin xəbərdarlıqlarını nəzərə almadı. Siz bizim sərhəddə bizim soydaşlarımızı öldürürsünüz, bizə doğru qaçqın axınını çoxaldırsınız, bizim hava məkanımızı pozursunuz. Bu artıq həddini aşmaqdır”, deyə Davudoğlu qeyd edib.

Onun sözlərinə görə, Türkiyədən hörmət gözləyən hər bir ölkə ilk növbədə ona hörmət göstərməlidir.

Bizimxeber,az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə