Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovun 10 milyardlıq müdafiəsi – Və ya…
Ziya Məmmədovun 10 milyardlıq müdafiəsi – Və ya…
02 Dekabr 2015 / 20:54 / Baxış sayı: 2028
Font1 Font2 Font3 Font4

Təqribən bir ay əvvəl Nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılacağı ilə bağlı yayılan məlumatlar ciddi rezonansa səbəb oldu.  Ölkənin demək olar ki, bütün mətbu orqanları bu məsələni gündəmdə saxladı və nazirlə bağlı bu günə kimi gizli qalan məlumatlar açılaraq bircə-bircə yazıldı. Ölkəni tərk edən Ziya Məmmədov 1 ay sonra Bakıya qayıdaraq yenidən öz vəzifəsinin “icrası”na başladı. Amma bu dəfə fərqli formada.

Nazirliyin əksər struktur və səlahiyyətləri, Bakı şəhərinin sərnişin və dəmir yolu nəqliyyatı Ziya Məmmədovdan alınaraq “Asan Xidmət”, DİN-in Baş Dövlət Yol Polisi və digər qurumların nəzarətinə verildi. Bütün bunların fonunda indi demək olar ki, Nəqliyyat Nazirliyi formal qurum olaraq fəaliyyət göstərir və hazırda əvvəlki iş funksiyasını tamamilə itirib.

Bir sözlə, nazir Ziya Məmmədov sadəcə işə gəlib gedir. Bunun nə qədər davam edəcəyi isə heç kimə bəlli deyil. Realda görünən odur ki, Ziya Məmmədov bu postda uzun müddət qala bilməyəcək. Əslində nəyin baş verdiyini, Ziya Məmmədovun birdən-birə nədən məlum vəziyyətə salınması bir çoxlarına bəllidir. Nazirliyin bütün strukturlarındakı rüşvət faktları, taksi biznesindəki qolçomaqcılıq, yol təmiri və əsaslı tikinti zamanı talanan milyardlar və nəhayət oğul Anar Məmmədovun ayı əti yeməsi, deputat, daha yüksək vəzifə arzusu, Holdinqlərin, sarayların, imarətlərin Bakıda və Avropa ölkələrində sayının durmadan artması və sairə…

Realda isə bunların heç biri sona qədər davam etmədi və nəticə olaraq Ziya Məmmədov oyundan kənarda saxlandı, Oğul Anar Məmmədov heç deputat da ola bilmədi, hətta nazirin qardaşı Elton Məmmədov da deputat kürsüsünü itirdi. Bəs bu gün nə baş verir? Ziya Məmmədov hansı şərtlər əsasında postunda müvəqqəti olaraq qalır? Obyektlərin, sarayların, özü demiş “böyük biznes”in məlum aqibəti nə yerdədir?

Ziya Məmmədov nələri itirdi və nələri qoruyub saxlamaq niyyətindədir? Oğul Anar Məmmədov və onun böyük biznesinə daxil olanlar hara buxarlandı? 10 milyard manat hardan qazanılmışdı hara yoxa çıxdı?

Bütün bunlar barədə arxiv.bizimxeber.az-ın ciddi araşdırmaları oxuculara təqdim olunacaq.

Belə ki, əməkdaşlarımızın araşdırmaları zamanı ciddi məqamlar ortaya çıxıb. Bəlli olub ki, Ziya Məmmədovun oyundan kənarda saxlanmasından sonra bu günə qədər qazanılmış 10 milyard manata yaxın pul birdən birə itirilib.

Onun necə, hansı yollarla qazanılması hər kəsə bəllidir. Bəs 10 milyarddan artıq pul hara buxarlandı? Bax əsl sual budur? Bununla da nazirin bütün biznesi demək olar ki çökdürüldü. Hazırda olduqca çətin vəziyyətə düşən Məmmədovun biznes imperiyası indi özünün son akkordlarını vurur. Ziya-Anar-Elton Məmmədovlara məxsus bütün biznes obyektləri tamam fəaliyyətsiz vəziyyətə düşüb.

Əvvəllər nazirin əli rüşvətdən qazanılan milyonlarla oynayan adamları indi ölkəni belə tərk etmək üçün yollar axtarır. Ziya Məmmədova məxsus biznes strukturlarında çalışanlara “özünüzə iş axtarın, biz çökdük” kimi sözlər deyilir.

Daha ciddi faktlar da mövcuddur. Nazirə məxsus media qurumlarında nələr baş verir?

Əllər necə dəyişdi?

Media indi deputat olmaq istəyən hansı xanımın əli ilə idarə olunur? Bu iş ona niyə tapşırılıb? 

“Garant Holdinq”i nə gözləyir?

 TRUMP niyə gecikir? 

Anar Məmmədov nələr planlaşdırır və bu planların arxasında nələr yatır? 

“Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov Ziya Məmmədova necə “kömək” edir?

Bu və diğər ciddi faktlar barədə gələn yazımızda oxuyun…

arxiv.bizimxeber.az
Ədil Hüseynli



Ziya Məmmədovun 10 milyardlıq müdafiəsi – Və ya… yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə