Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nardaranda imamların 40 mərasimi keçirilir
Nardaranda imamların 40 mərasimi keçirilir
02 Dekabr 2015 / 11:41 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4

Kərbəlada şəhid olan imamların rəmzi 40 mərasimi münasibətilə Nardaranda mərasim keçirilir.

Qəsəbə Daxili Qoşunların və xüsusi təyinatlı polis əməkdaşlarının nəzarətindədir. Qəsəbəyə giriş ancaq Nardaran sakinləri üçün açıqdır. Digər yerlərdən gələnlər isə qəsəbəyə buraxılmırlar.

Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov bildirib ki, polis kənd camaatının mərasimə qatılmasına mane olmur: “Biz mərasimimizi keçiririk. Qəsəbəyə kənardan heç kim gəlməyib. Mərasim günorta namazınadək davam edəcək”.

Onu da qeyd edək ki, Nardaran qəsəbəsində radikal dini şüarlar, plakatlar və qara bayraqlar dünən yığışdırılıb. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülür.

Saytın əməkdaşı xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər Nardaran qəsəbəsinə gəlib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə