Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan polisinə əlavə səlahiyyət verilir
Azərbaycan polisinə əlavə səlahiyyət verilir
02 Dekabr 2015 / 11:45 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4

Terrorçuluq cinayəti zamanı odlu silahın tətbiq ediləcək.

Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, bununla bağlı “Polis haqqında” qanuna təklif olunan əlavə layihəsi bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silahın tətbiq ediləcək.

Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq. Nardaranda noyabrın 26-da və dekabrın 1-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti daxil olub.

Noyabrın 26-da Nardaranda polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.



Nardarandakı əməliyyatdan görüntü



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə