Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

O şəxslər Azərbaycan vətəndaşlığından çıxarılacaq – YENİ QANUN
O şəxslər Azərbaycan vətəndaşlığından çıxarılacaq – YENİ QANUN
02 Dekabr 2015 / 11:47 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4

Milli Məclis “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edəcək 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik ediləcək. APA-nın məlumatına görə, bununla bağlı l

ayihə bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq. 

Layihəyə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) ediləcək. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1) və Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.

Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirədən sonra dekabrında 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə