Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan telekommunikasiyanın inkişafı üzrə dünyada 67-ci yerdədir
Azərbaycan telekommunikasiyanın inkişafı üzrə dünyada 67-ci yerdədir
02 Dekabr 2015 / 12:13 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4

Telekommunikasiyanın inkişafına görə Azərbaycan dünyada 2010-cu ildəki 76-cı yerdən bu il 67-cı yerə yüksəlib. Bu barədə Beynəlxalq Telekomunikasiya İttifaqının (ITU) 2015-ci il üçün hazırlanan “Elektron cəmiyyətin ölçülməsi” adlı hesabatında deyilir.

Sözügedən reytinq cədvəlinə 5 il əvvəl olduğu kimi Cənubi Koreya başçılıq edir. Sonrakı yerlərdə isə Skandinav ölkələri, İngiltərə, Niderland, İsveçrə, Lüksemburq, Yaponiya və Honq-konq tutub.

Reytinqdə böyük sıçrayışla Bəhreyn (48-dən 27-ci yerə) və BƏƏ (49-dan 32-yə) irəliləyib. Belarus 56-cı yerdən 36-ya qalxıb. Gürcüstan 85-dən 78-ə, İran isə 99-dan 91-ə, Ermənistan isə 78-dən 76-cı yerə yüksəlib. Rusiya bu siyahıda 45-ci yerdə, Türkiyə isə 69-cu yerdə qərarlaşıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə