Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubanın bələdiyyə sədrinin işığı 45 manat borca görə kəsildi
Qubanın bələdiyyə sədrinin işığı 45 manat borca görə kəsildi
02 Dekabr 2015 / 12:57 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4

Quba Şəhər Bələdiyyəsi sədrinin fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılıb.

Məlumata görə, bələdiyyə sədri Zakir Müslümovun işığı 45 manat borca görə kəsilib. Z.Müslümov “Report”a açıqlamasında məlumtı təsdiqləyib.

O, elektrik enerjisi kəsilən zaman, Bakıda olduğunu deyib: “Mənim xəbərim olmayıb. Bakıdan qayıdandan sonra gördüm ki, evdə işıq yanmır. Quba Elektrik Şəbəkəsinin əməkdaşları xəbərdarlıq etmədən paylayıcı şəbəkədən sayğaca ötürülən naqilləri kəsiblər. Bu hal ikinci dəfədir ki, təkrar olunur”.

Bələdiyyə sədri onuda əlavə edib ki, o, məsələ ilə bağlı Quba Elektrik Şəbəkəsinin rəisi Nəcəf Rzayevlə telefon əlaqəsi saxlayıb: “Mən Elektrik Şəbəkəsinin rəisi ilə danışdım və xəbərdarlıq etmədən niyə mənim evimin elektrik enerjisinin verilməsinin dayandırılmasını soruşdum. Nəcəf Rzayev mənə bildirdi ki, şəbəkənin əməkdaşları səhvən xəbərdarlıq etmədən elektrik enerjisini kəsiblər”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə