Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nardaranda 20-yə yaxın adam saxlanılıb
Nardaranda 20-yə yaxın adam saxlanılıb
02 Dekabr 2015 / 13:04 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

Hazırda Hüseyniyyə məscidində imam Hüseynin 40 mərasimi keçirilir. Dekabrın 1-də güc qurumlarının Nardaranda keçirdiyi reyd zamanı 20-yə yaxın adam saxlanılıb. Bu barədə “Turan İA”-a qəsəbənin Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.

Onun sözlərinə görə, polis əməliyyatında məqsəd  silahların yığılmasıdır. Əsasən DİN rəhbərinin müavini Vilayət Eyvazov bir qrup yerli sakinlə görüşərək kimdə silah varsa təhvil verməsinin vacibliyini bildirib.

“Hazırda qəsəbədə Daxili Qoşunlar və xüsusi təyinatlılar var. Amma qəsəbə daxilində insanların sərbəst hərəkətinə məhdudiyyət yoxdur. Hətta qəsəbə daxilində avtomobillərin hərəkətinə də ciddi nəzarət edilmir”,- deyə o qeyd edib. O, 1 dekabr əməliyyatı zamanı bir ailənin üç üzvünün saxlanıldığını və analarının  infarkt vurduğunu deyib. N.Kərimov də kimdə silah varsa təhvil verməyə çağırıb. “Əgər mən bilsəydim ki, kimdəsə silah var, özüm alıb dövlətə təhvil verərdim”, – N.Kərimov vurğulayıb.

Kərimov ümidvar olduğunu bildirib ki, saxlanılanlar azad ediləcək, çünki onların çoxunun doğmalarının sözlərinə görə, qanunazidd heç bir hərəkət törətməyiblər. Kərimov hazırda Hüseyniyyə məscidində imam Hüseynin 40 mərasimini keçirildiyini deyib: “Məsciddə yüzlərlə adam var”.

Qəsəbəyə artıq 7-ci gündür elektrik enerjisi verilmir. Öz növbəsində Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov AzTV-yə müsahibəsində bildirib ki, “Nardaranda ictimai təhlükəsizliyin təminatı üzrə qarşıya qoyulan vəzifələr tam yerinə yetirilənə qədər qəsəbədə xüsusi operativ tədbirlər davam etdiriləcək”.

Onun sözlərinə görə, qəsəbə ərazisində buraxılış reyiminə ciddi əməl olunur. Ş.Məmmədov xüsusi əməliyyatın başa çatma müddətini dəqiqləşdirməyib. AzTV həmçinin Nardaranda dini məzmunlu plakatların söküldüyünə dair kadrlar göstərib. Lakin əvvəlkitək qəsəbədə elektrik enerjisi yoxdur, stasionar telefon rabitəsi işləmir, mağazaların çoxu bağlıdır. Polis qüvvələri əhalinin evdə qalmasını tələb edir. Faktiki olaraq fövqəladə vəziyyət üçün xarakterik tədbirlər həyata keçirilir. Lakin bu, rəsmən elan edilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə