Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əməliyyat keçirildi – “Müsəlman Birliyi” dəstəkçiləri tutuldu
Əməliyyat keçirildi – “Müsəlman Birliyi” dəstəkçiləri tutuldu
02 Dekabr 2015 / 15:55 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4

Bakı, Gəncə, Sabirabadda saxlanılanların evindən silah-sursat aşkar edilib

Nardaran hadisələrinin baş verməsində ittiham edilən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən daha bir neçə nəfər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarov tutulub.

Ondan 2 ədəd “F-1” qumbarası və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd “RQD-5” qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat, 1 ədəd dini məzmunlu qəzet və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək müsadirə edilib.

Sabirabad RPŞ əməkdaşları tərəfindən, noyabrın 30-da İXM-nin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin məlum Nardaran hadisəsində iştirak etməsi və “Müsəlman birliyi” adlı hərəkatın üzvü olan Rövşənin ona saxlamaq məqsədi ilə avtomat silah verməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd “AKMS” markalı silah, 1 ədəd parton darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov tutulub. Onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd “F-1” qumbarası və 22 ədəd patron götürülüb.

Nardaran qəsəbəsində noyabrın 26-da və dekbarın 1-də xüsusi əməliyyat keçirilib. Əməliyyata nəticəsində cinayətkar qruplaşamanın 4 üzvü öldürülüb. İki polis həlak olub.






Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə