Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Poroşenko İlham Əliyevə məktub göndərdi
Poroşenko İlham Əliyevə məktub göndərdi
02 Dekabr 2015 / 16:07 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 2-də Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkin paytaxtımızda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ukrayna prezidenti Pyotr Poroşenkonun məktubunu dövlətimizin başçısına çatdıran Boris Lojkin ölkələrimiz arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev Ukrayna prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələrimiz arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğulayıb. Dövlətimizin başçısı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(AZƏRTAC)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə